Azərbaycan yığmasına 4 yeni futbolçu çağırılıb

Azərbaycan yığmasına 4 yeni futbolçu çağırılıb
03 2017 14:20

Azərbaycan milli komandasının heyəti açıqlanıb. 

REALPRESS.Az-ın Apasport.az-a istinadla verdiyi məlumata görə, yığmamızın baş məşqçisi Robert Prosineçki Qətər yığması ilə yoldaşlıq oyunu üçün heyəti müəyyənləşdirib.

Xorvatiyalı mütəxəssis martın 9-da baş tutacaq görüşə 23 oyunçu dəvət edib. Bu futbolçulardan 4-ü debütantlardı.

“Qarabağ”ın braziliyalı legioneri Riçard Almeyda milliləşərək ilk dəfə əsas yığmaya çağırılıb. Onunla yanaşı, Tellur Mütəllimov, Abbas Hüseynov və Şahrudin Məhəmmədəliyev də ilk dəfə əsas yığmada oynamaq imkanı qazanıb.

Heyətdə son vaxtlar olduğu kimi yenə də “Qarabağ”lılar çoxluq təşkil edir. Ağdam klubunun 10 üzvü səfərə yollanacaq. Bundan başqa, “Qəbələ”nin 6, “İnter”in 4, “Zirə”nin 2, “Neftçi”nin isə 1 üzvü yığmada yer alıb.

Matç FİFA pəncərəsində olmadığı üçün Prosineçki xarici klublarda çıxış edən oyunçularımıza dəvət göndərməyib. 

Qeyd edək ki, martın 9-da Doha şəhərində keçiriləcək Qətərlə oyunun hazırlığına martın 6-da start veriləcək.

Millinin heyəti

Qapıçılar: Şahrudin Məhəmmədəliyev (“Qarabağ”), Anar Nəzirov (“Zirə”), Səlahət Ağayev (“İnter”)

Müdafiəçilər: Tərlan Quliyev, Abbas Hüseynov (hər ikisi “İnter”), Bədavi Hüseynov, Rəşad Sadıqov, Arif Daşdəmirov (hamısı “Qarabağ”), Tellur Mütəllimov, Ürfan Abbasov, Məhəmməd Mirzəbəyov (hamısı “Qəbələ”),

Yarımmüdafiəçilər: Ruslan Abışov (“Neftçi”), Rahid Əmirquliyev, Qara Qarayev, Riçard Almeyda, Namiq Ələsgərov (hamısı “Qarabağ”), Elvin Məmmədov (“Zirə”), Cavid Hüseynov, Araz Abdullayev (hər ikisi “Qəbələ”)

Hücumçular: Ağabala Ramazanov, Mahir Mədətov (hər ikisi “Qarabağ”), Ruslan Qurbanov (“Qəbələ”), Rauf Əliyev (“İnter”)


9 Dek 2023
İdman

Boks üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib

Kişi boksçular arasında Azərbaycan çempionatının qalibləri müəyyənləşib.

8 Dek 2023
İdman

Azərbaycanlı gimnast qızıl medal və kubokla vətənə döndü - FOTO

2-3 dekabr tarixlərində Macarıstanın Budapeşt şəhərində “Mikulas kupa” bədii gimnastika üzrə beynəlxalq yarış keçirilib.

8 Dek 2023
İdman

Boks üzrə Azərbaycan çempionatında finalçılar müəyyənləşib - FOTO

Boks üzrə Azərbaycan çempionatında finalçılar müəyyənləşib.

5 Dek 2023
İdman

“Formula-1”də 2026-cı ildə Madrid Qran-prisi olacaq

“Formula-1” rəhbərliyi 2026-cı ildən İspaniyada iki yarış keçirəcək.

5 Dek 2023
İdman

FHN-in karate komandasının idmançıları respublika çempionatında uğur qazanıblar - FOTO

30 noyabr - 3 dekabr 2023-cü il tarixlərində Fövqəladə Hallar Nazirliyinin (FHN) Hövsan qəsəbəsində yerləşən İdman-Sağlamlıq Klubunun idman arenasında Gənclər və İdman Nazirliyinin dəstəyi və Azərbaycan Milli Karate Federasiyasının təşkilatçılığı ilə uşaq, yeniyetmə və gənclər arasında 28-ci ölkə birinciliyi, böyüklər və parakarateçilər arasında 31-ci respublika çempionatı keçirilib.