Bakıda aprel ayında Azərbaycan və Xorvatiya arasında XİN-lərarası siyasi məsləhətləşmələr keçiriləcək.
Xorvatiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Refik Şabanoviçin "Report"a verdiyi məlumata görə, məsləhətləşmələr, çox güman, ayın sonunda baş tutacaq.
Onun sözlərinə görə, bununla əlaqədar Xorvatiya XİN-in nümayəndə heyəti Bakıya gələcək. Hazırda məsləhətləşmələrin dəqiq tarixi və gündəliyi işlənib hazırlanır.
"Azərbaycanın həm Cənubi Qafqazda möhkəmlənməsi, həm daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək".
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak ediblər, yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarlarını təqdim ediblər.
"Bizim Qələbəmiz, əlbəttə ki, xalqımız üçün, dövlətimiz üçün ən böyük nemətdir, hesab edirəm ki, Azərbaycan xalqının çoxəsrlik tarixində ən parlaq hərbi Qələbədir".