Azərbaycan və Qətərin aviasiya rəhbərləri əməkdaşlıq perspektivlərini müzakirə ediblər

Azərbaycan və Qətərin aviasiya rəhbərləri əməkdaşlıq perspektivlərini müzakirə ediblər
14 Dek 2016 10:20

Azərbaycan və Qətərin aviasiya rəhbərləri əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müzakirələr dekabrın 13-də “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov ilə Qətər Mülki Aviasiya Administrasiyasının sədri Abdulla Nasser Turki Al-Subayın başçılıq etdiyi nümayəndə heyətinin görüşü zamanı aparılıb.

Cahangir Əsgərov bildirib ki, Azərbaycan ilə Qətər arasında, həmçinin AZAL və “Qatar Airways” aviaşirkətləri arasında tarixən sıx münasibətlər mövcuddur. Onun sözlərinə görə, həm sərnişindaşıma, həm də yük aviadaşımaları sahəsində tərəfdaşlığın genişləndirilməsi üçün heç bir maneə yoxdur.

Abdulla Nasser Turki Al-Subay öz növbəsində qeyd edib ki, ilk dəfədir Bakıda səfərdədir və Azərbaycanın paytaxtı onda çox böyük təəssürat yaradıb. O vurğulayıb ki, səfərinin məqsədi Azərbaycan və Qətər arasında mülki aviasiya sahəsində gələcək əməkdaşlığı müzakirə etməkdir.

Tərəflər mülki aviasiya sahəsində əməkdaşlığın Azərbaycan və Qətər arasında münasibətlərin intensivləşdirilməsinə və hərtərəfli inkişafına xidmət edəcəyinə əmin olduqlarını bildirib.


4 Dek 2023
Siyasət

Azərbaycanda tikinti materiallarının istehsalına 60 min manat güzəştli kredit verilib - FOTO

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu “Baku Stone Factory” MMC-yə tikinti materiallarının istehsalı layihəsi üçün 60 min manat güzəştli kredit ayırıb.

4 Dek 2023
Siyasət

Prezident İlham Əliyev Malayziyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib - YENİLƏNİB + FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 4-də Malayziyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ahmad Kamrizamil Bin Mohd Rzanın etimadnaməsini qəbul edib.

4 Dek 2023
Siyasət

Ərdoğanın müavini Azərbaycanda səfərdədir

Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin xarici əlaqələr üzrə müavini, İstanbul millət vəkili Zəfər Sırakayanın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda səfərdədir.

4 Dek 2023
Siyasət

Prezident İlham Əliyev Malayziyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 4-də Bakıda Malayziyanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ahmad Kamrizamil Bin Mohd Rzanın etimadnaməsini qəbul edib.

4 Dek 2023
Siyasət

Sabahın hava proqnozu açıqlanıb

Dekabrın 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.