Azərbaycan və İran prezidentlərinin geniş tərkibdə danışıqları olub YENİLƏNİB

Azərbaycan və İran prezidentlərinin geniş tərkibdə danışıqları olub YENİLƏNİB
05 2017 13:11

Xüsusi müxbirimiz xəbər verir ki, martın 5-də məhdud tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olub.

İran Prezidenti Həsən RUHANİ çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident İlham Əliyevə və onu müşayiət edən nümayəndə heyətinə çox “Xoş gəlmisiniz” deyirəm. Sizi görməyə çox şadam.

Cənab Prezident və nümayəndə heyətinin üzvləri ilə bizim burada keçirdiyimiz görüş bir başlanğıc olmuşdur. Ümid edirəm ki, bu başlanğıc bizim əlaqələrimizə daha yaxşı töhfə verəcək. Məmnunluqla qeyd etmək istəyirəm ki, ötən illərdə iki ölkə, iki dövlət arasındakı əlaqələr sürətlə inkişaf edərək genişlənib. Bu da göstərir ki, biz gələcəyə ümidlə baxmalıyıq.

X X X

Azərbaycan Prezidenti İlham ƏLİYEV çıxış edərək dedi:

-Təşəkkür edirəm, hörmətli cənab Prezident.

İlk növbədə, dəvətə, mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə minnətdaram.

İran-Azərbaycan əlaqələrinin uğurla inkişafı bizi çox sevindirir. Son bir neçə il ərzində bu əlaqələr, deyə bilərəm ki, ən yüksək zirvəyə qalxmışdır. Bir çox önəmli məsələlər öz həllini tapmışdır və bu gün İran-Azərbaycan əməkdaşlığı demək olar ki, bütün sahələri əhatə edir.

Bizim əlaqələrimiz tarixə əsaslanır. Bu əlaqələr dostluq, qardaşlıq əlaqələridir və prezidentlər səviyyəsində görüşlərimiz, nazirlərin görüşləri ümumi işimizə böyük töhfədir.


19 May 2026
Siyasət

İlham Əliyevdən Sabir Rüstəmxanlı ilə bağlı SƏRƏNCAM

Xalq şairi Sabir Xudu oğlu Rüstəmxanlı "Şərəf" ordeni ilə təltif edilib.

19 May 2026
Siyasət

Prezident Bolqarıstanda "Şuşa Parkı"nın salınması ilə bağlı sazişi TƏSDİQLƏDİ

"Bir tərəfdən Azərbaycan Respublikası Hökuməti ilə digər tərəfdən Bolqarıstan Respublikası Hökuməti və Veliko Tırnovo Bələdiyyəsi arasında Bolqarıstan Respublikasının Veliko Tırnovo şəhərində "Şuşa Parkı"nın salınması və yenidən qurulması üzrə əməkdaşlıq haqqında Saziş" təsdiq edilib.

19 May 2026
Siyasət

Rövşən Rzayev vətəndaşların müraciətlərini dinləyib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev növbəti vətəndaş qəbulu keçirib.

19 May 2026
Siyasət

Sahibə Qafarova: Azərbaycan-Belarus münasibətləri bütün istiqamətlər üzrə sürətlə inkişaf edir

Azərbaycan və Belarus arasında münasibətlər bütün istiqamətlər üzrə sürətlə inkişaf edir.