İordaniya Haşimilər Krallığının paytaxtı Əmmanda Kral II Abdullah İbn Əl-Hüseynin himayəsi ilə “Qlobal Sağlıq Turizmi Forumu”nun ("Global Healthcare Travel Forum") zirvə toplantısı keçirilib.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, forumda 60-a yaxın ölkədən 500-dən artıq nümayəndə iştirak edib. Ölkəmizi bu nüfuzlu tədbirdə Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının (AHTTSA) prezidenti Ruslan Quliyev təmsil edib.
Zirvə toplantısının açılış mərasimindən sonra forum iki gün ərzində stend nümayişləri, panel və B2B görüşlər formatında davam etdirilib. "Global Healthcare Travel Council" stendində təmsil olunan AHTTSA sistemli şəkildə öz həmkarlarına Azərbaycan sağlamlıq turizmi potensialı (Abşeron, Naftalan, Qalaalti, Duzdağ, Qəbələ, İstisu və s.) haqda geniş məlumat verib, qonaqlara turizm potensialını əks etdirən çap və elektron reklam-təbliğat materialları paylanıb. İordaniya Haşimilər Krallığının Baş naziri Hani Əl-Mulki, Krallığın şahzadələri xanım Ghida Talal və Dina Mired stendi ziyarət ediblər. Ümumilikdə 7 panel iclası təşkil olunub. Müzakirə olunan aktual mövzular içərisində sağlamlıq turizminə qlobal baxış, qlobal sağlamlıq turizminin istiqamətləri, leqallaşma, tənzimləmə və akkreditasiya, təhsil və tədqiqat, sağlamlıq turizmində ölkələrarası əməkdaşlıq, brendinq və marketinq strategiyaları, tibbi, dental turizm, spa və velnes, kulinariya, idman, 3-cü yaş qrupu turizmlərinin xüsusi maraq kəsb etdiyi vurğulanıb və yeni tendensiyaların şaxəli inkişafı hədəf kimi qəbul olunub.
Forum çərçivəsində Azərbaycanın İordaniyadakı səfirliyində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb, səfirlik tərəfindən təşkil olunan fotostend ziyarət edilib.
Forumun son günü "Global Healthcare Travel Council"in (GHTC) Baş Assambleyasının qapalı toplantısı və idarə heyətinə seçkilər keçirilib. Türkiyə Sağlıq Turizmi Şurasının təşəbbüsü və dəstəyi ilə Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti Ruslan Quliyev Qlobal Sağlamlıq Turizmi Təşkilatının vitse-prezidenti seçilib və iştirakçılara ölkəmiz haqqında geniş məlumat verib. Təşkilatın yeni prezidenti Birləşmiş Ərəb Əmirliklərini təmsil edən "Medical Tourism Council"in sədri xanım Leyla Marzouqi olub.
Sonda “Qlobal sağlıq turizmi Əmman" bəyannaməsi qəbul edilib.
Məlumat üçün qeyd edək ki, Azərbaycan 2013-cü ildən bu qurumda təmsil olunur. 2014-cü ildən isə təşkilatın idarə heyətində fəaliyyət göstərir. Təşkilatın ilk prezidenti Türkiyə Sağlıq Turizmi Şurasının rəhbəri Emin Çakmak olub. O, hazırda qurumun fəxri prezidentidir. Təşkilatın indiki prezidenti İordaniya Özəl Xəstəxanalar Assosiasiyasının sədri Feyzi Al-Hammoridir.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb.
Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.
“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.
Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.