Azərbaycan prezidenti: “İslam Həmrəyliyi Oyunları ilə bağlı bütün hazırlıq işləri görülüb” - YENİLƏNİB

Azərbaycan prezidenti: “İslam Həmrəyliyi Oyunları ilə bağlı bütün hazırlıq işləri görülüb” - YENİLƏNİB
05 2017 16:30

Azərbaycan prezidenti İlham Əliyev İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) prezidenti şahzadə Abdullah bin Mosaad bin Əbdüləzizi qəbul edib.APA-nın məlumatına görə, IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda uğurla keçiriləcəyinə əminliyini ifadə edən İHİF-in prezidenti şahzadə Abdullah bin Mosaad bin Əbdüləziz bu böyük idman tədbirində 3000-dən artıq idmançının iştirakının önəmini vurğulayıb.Prezident İlham Əliyev İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti şahzadə Abdullah bin Mosaad bin Əbdüləzizə IV İslam Həmrəyliyi Oyunları ilə bağlı verdiyi dəstəyə görə təşəkkürünü bildirib. Dövlət başçısı IV İslam Həmrəyliyi Oyunları ilə bağlı bütün hazırlıq işlərinin görüldüyünü, Azərbaycanın qardaş ölkələrdən çoxsaylı idmançıları qəbul etməyə hazır olduğunu məmnunluqla qeyd edib.Şahzadə Abdullah bin Mosaad bin Əbdüləziz son vaxtlar Səudiyyə Ərəbistanından Azərbaycana səfər edən turistlərin sayının artdığını məmnunluqla qeyd edib və ölkəmizdə turizmin inkişafı üçün bütün lazımi imkanların mövcud olduğunu bildirib.Prezident İlham Əliyev Səudiyyə Ərəbistanından Azərbaycana səfər edən turistlərin sayının bir neçə dəfə artdığını vurğulayaraq, bunun ölkələrimiz arasında əlaqələrin gücləndirilməsi işinə töhfə verdiyini deyib.Şahzadə Abdullah bin Mosaad bin Əbdüləziz Azərbaycan ilə münasibətlərin ölkəsi üçün mühüm əhəmiyyət daşıdığını deyib və qeyd edib ki, Azərbaycana hər zaman səfər edərkən Səudiyyə Ərəbistanının rəhbərliyi ona Azərbaycanın çox əhəmiyyətli ölkə olduğunu bildirir və respublikamızla əlaqələri daha da inkişaf etdirmək barədə tapşırıq verir.


18 İyun 2024
İdman

Azərbaycan cüdoçuları Avropa Kubokunda birinci yeri tutublar

Azərbaycan cüdoçuları Sloveniyanın Podçetrtek şəhərində keçirilən böyüklər arasında Avropa Kubokunda medal əyarına görə ilk sırada yer alıblar.

14 İyun 2024
İdman

Azərbaycan millisi dünya çempionatında üçüncü qələbəsini qazanıb

Azərbaycan millisi Bakıda keçirilən çövkən üzrə dünya çempionatında üçüncü qələbəsini qazanıb.

13 İyun 2024
İdman

Bakıda şahmat üzrə ölkə çempionatı keçirilib

Azərbaycan Şahmat Federasiyası (AŞF) və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığıyla şahmat üzrə 8, 10, və 12 yaşadək oğlanlar və qızlar arasında ölkə çempionatı keçirilib.

12 İyun 2024
İdman

Azərbaycan millisi dünya çempionatında növbəti qələbəsini qazanıb

Azərbaycan millisi çövkən üzrə dünya çempionatında növbəti qələbəsini qazanıb.

12 İyun 2024
İdman

Avropa çempionatında iştirak edəcək Azərbaycanın yeniyetmə cüdoçularının adı açıqlanıb

İyunun 27-də Bolqarıstanın paytaxtı Sofiyada start götürəcək yeniyetmələr arasında Avropa çempionatında Azərbaycan 19 cüdoçu ilə təmsil olunacaq.