Azərbaycan pasportu qlobal reytinqdə 74-cü yerdədir

Azərbaycan pasportu qlobal reytinqdə 74-cü yerdədir
14 2017 11:40

“Henley & Partners” şirkətinin “İllik viza məhdudiyyəti indeks”ində (Visa Restrictions Index) Azərbaycan 74-cü yerə yüksəlib.

Oxu.Az xəbər verir ki, Azərbaycan bu siyahıda qonşu Ermənistan (78-ci yer) və İrandan (95-ci yer) irəlidədir. Gürcüstan 68-ci, Rusiya 51-ci və Türkiyə 52-ci yerdədir. 

Almaniya 4 ildir reytinqdə liderliyini qoruyub saxlayır. İkinci yerdə İsveç qərarlaşıb, 3-cü yeri isə 5 ölkə bölüşür – Finlandiya, İtaliya, İspaniya, ABŞ və Danimarka. İndeksdə son yerləri Pakistan, İraq və Əfqanıstan tutur.

Qeyd edək ki, indeks dünyada 200-dən çox ölkənin və ərazinin viza qaydalarını təhlil edir və vizasız səfər ölkələrinin sayına görə ayırır. 

Ölkənin mövqeyi, onun vətəndaşlarının vizasız gedə biləcəyi ölkələrin sayı ilə müəyyənləşdirilir. 


4 Okt 2023
Dünya

Batumiyə meteorit düşüb - ANBAAN VİDEO

Gürcüstanın Batumi şəhərinin səmasında meteoritin düşməsi müşahidə edilib.

4 Okt 2023
Dünya

Britaniyanın Baş naziri dünya dövlətlərini Ukraynaya dəstəyi davam etdirməyə çağırıb

Böyük Britaniyanın Baş naziri Rişi Sunak dünya ölkələrinə müraciət edib.

4 Okt 2023
Dünya

Ankarada bina yanıb, 1 yanğınsöndürən həlak olub

Türkiyənin paytaxtı Ankaranın Keçiören rayonunda 7 mərtəbəli binada yanğın olub.

4 Okt 2023
Dünya

Ərdoğan İspaniya səfərini təxirə saldı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səhhəti ilə bağlı partiya iclası, həmçinin İspaniyaya səfəri təxirə salınıb.

4 Okt 2023
Dünya

Əfqanıstanda terror hücumlarının 90 faizini Tacikistan vətəndaşları həyata keçirir

Əfqanıstanda intihar hücumlarını həyata keçirən şəxslərin 90 faizi Tacikistan vətəndaşlarıdır.