Antalyada təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.
AZƏRTAC xəbər verir ki, Sudanın U-20 komandası ilə qarşılaşan yığmamız 1:4 hesablı məğlubiyyətə uğrayıb. Komandamızın qolunu Ramil Həsənov vurub.
20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar futbolçularımız oyuna qara sarğı ilə çıxıblar.
Azərbaycan–Sudan qarşılaşmasını milli komandamızın məşqçiləri Qordan Tsipriç və Draqan Spaşiç də izləyiblər.
Bu gün güləş üzrə Kiyev turniri start götürür.
“Qarabağ” klubu Azərbaycan Premyer Liqasının XVII turunun “Səbail”lə oyununda təqdirəlayiq addım atıb.
Rusiyalı idmançılar 5-7 mart tarixlərində Polşanın Torun şəhərində keçiriləcək atletika üzrə qapalı məkanda Avropa çempionatında iştirak edə bilməyəcək.