Azərbaycan ilə Ukrayna aqrar sahədə əmtəə dövriyyəsini genişləndirəcəklər

Azərbaycan ilə Ukrayna aqrar sahədə əmtəə dövriyyəsini genişləndirəcəklər
14 2017 10:57

Aqrar-sənaye kompleksi və əmtəə dövriyyəsinin genişləndirilməsi sahəsində ticari-iqtisadi münasibətlərin qarşılıqlı fayda əsasında planauyğun inkişafı Ukrayna ilə Azərbaycan üçün böyük əhəmiyyət daşıyır.

AZƏRTAC Ukrayna hökumətinin saytına istinadla xəbər verir ki, Ukraynanın aqrar siyasət və ərzaq naziri Taras Kutovoy iqtisadiyyat naziri Şahin Mustafayevin başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti ilə görüşdə bu barədə məlumat verib.

Nazir T.Kutovoy deyib: “Ukrayna dünyanın ərzaq təhlükəsizliyinin təmin edilməsi sistemində güclü oyunçudur. Ölkəmizin aqrar-sənaye kompleksi istehsalatı genişləndirməklə bərabər, məhsul ixracını da artırır. Hesab edirəm ki, Ukrayna ilə Azərbaycan arasında əmtəə dövriyyəsini genişləndirmək üçün hər cür şərait var”.

Aqrar idarənin başçısı Azərbaycan nümayəndə heyətinin üzvlərini Ukraynada islahatların gedişi - kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi, torpaq islahatı, dövlət müəssisələrinin özəlləşdirilməsi, sanitariya və fitosanitariya tələblərinin təmin edilməsi, üzvi məhsullar bazarının inkişafı prosesi ilə tanış edib.

Nazir Taraş Kutovoy deyib: “Ukraynalı aqrarların məhsulları xarici bazarlarda ildən-ilə populyarlaşır. Bu, Ukrayna məhsullarının yüksəkkeyfiyyətli və rəqabətədavamlı olduğunu göstərir. Hesab edirəm ki, bu məhsullar Azərbaycan alıcısının da xoşuna gələcək”.

Azərbaycan tərəfi istər say göstəricilərində, istərsə də təchizat nomenklaturasının genişləndirilməsində, o cümlədən Ukraynadan günəbaxan yağı, taxıl məhsulları, soya, qarğıdalı, ət, şokolad idxalında; Ukraynaya tərəvəz, fındıq, şərab, çay və s. məhsullar ixracında bu ölkə ilə əmtəə dövriyyəsinin artmasında maraqlı olduğunu bildirib.

Məlumatda deyilir ki, Azərbaycan nümayəndə heyəti Ukrayna aqrar sektorunun investisiya layihələrində iştirakı da perspektivli sayır.


23 Yan 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “2022-ci ildə ÜDM 2021-ci ilə nisbətən 4,6% artıb” - FOTO

“Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) dinamikasında müsbət meyillər davam edir”.

16 Yan 2023
İqtisadiyyat

Avro bahalaşdı, rubl ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

6 Yan 2023
İqtisadiyyat

Naxçıvan sakinləri şəxsiyyət vəsiqələrini "ASAN Xidmət"də dəyişdirə biləcək

Naxçıvan sakinləri şəxsiyyət vəsiqələrini "ASAN Xidmət" mərkəzlərində dəyişdirə biləcəklər.

6 Yan 2023
İqtisadiyyat

Özbəkistan “Bakı Limanı”nın imkanlarından istifadə etməyi planlaşdırır

Özbəkistan Baş nazirinin müavini - investisiyalar və xarici ticarət naziri Cəmşid Xocayev Azərbaycanda səfəri çərçivəsində Ələt Azad İqtisadi Zonasının və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin rəhbərliyi ilə görüşlər keçirib.

6 Yan 2023
İqtisadiyyat

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

Azərbaycan Mərkəzi Bankı 6 yanvar tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.