Azərbaycan daimi nümayəndəliyi ATƏT-in Yerevandakı ofisinin minalardan təmizləmə ilə bağlı fəaliyyətinə etirazını bildirib

Azərbaycan daimi nümayəndəliyi ATƏT-in Yerevandakı ofisinin minalardan təmizləmə ilə bağlı fəaliyyətinə etirazını bildirib
28 2017 13:46

Azərbaycan Respublikasının ATƏT yanında daimi nümayəndəliyi qanuni əsaslı narahatlıqlardan çıxış edərək, ATƏT-in Yerevandakı ofisinin son illər ərzində həyata keçirdiyi minalardan təmizləmə ilə bağlı fəaliyyətinə öz etirazını bildirib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ATƏT-dəki tərəf-müqabillərinin əksəriyyəti məsləhətləşmələr zamanı təşkilatın Yerevandakı ofisinin minalardan təmizləmə ilə bağlı fəaliyyətini mandatın açıq-aşkar pozulması kimi qiymətləndirib. Yerevan ofisi Ermənistan və Azərbaycan arasında mövcud olan münaqişə ilə bağlı nizamlanma prosesi də daxil olmaqla, hər hansı bir fəaliyyətə cəlb oluna bilməz, bu, ATƏT-in Minsk qrupunun səlahiyyətlərinə müdaxilə deməkdir. Buna görə, Azərbaycan Respublikasının ATƏT yanında daimi nümayəndəliyi ATƏT-in Yerevan ofisini öz mandatı çərçivəsində fəaliyyət göstərməyə məcbur etmək üçün müvafiq tədbirlər görülməsini xahiş edib.

Azərbaycan tərəfinin məsələ ilə bağlı haqlı narahatlığına cavab olaraq, Ermənistan özünün həmişəki girovgötürmə ənənəsinə sadiq qalaraq, 2016-cı il dekabrın 31-də heç bir dəlil göstərmədən ATƏT-in Özbəkistan və Bişkekdəki mərkəzlərinin layihə əlaqələndiriciləri, Rusiya-Ukrayna sərhədində yerləşən iki Rusiya sərhəd yoxlama məntəqəsindəki ATƏT müşahidəçilərinin müvafiq mandatlarının uzadılmasını, həmçinin ATƏT-in 2016-cı il üçün vahid büdcəsinə düzəlişlərə dair qərarını blok edib. Ermənistan tərəfinin bu kimi şantaj hərəkətləri ATƏT-in bu mühüm missiyalarının funksiyalarını qeyri-işlək və öz nazından asılı vəziyyətə salıb, onların demək olar ki, bağlanmasına səbəb olub. Yalnız bu gün Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ATƏT rəhbərliyi və baş katib ilə təcili məsləhətləşmələr üçün Vyanaya çağırıldıqdan sonra Ermənistan tərəfi müvafiq qərarlar üzrə öz əsassız qadağasını geri götürməyə məcbur edilib.

Ermənistan ATƏT-in Yerevan ofisinin ev sahibi statusundan sui-istifadə etmək üçün özünün şantaj siyasətini ATƏT-ə tətbiq etməkdə davam edir. Nəticədə ATƏT-in Yerevan ofisi tərəfindən mandatın pozulması cavabsız qalır və onun əməliyyat fəaliyyəti dayandırılmış vəziyyətdədir.

Məsələ ilə bağlı Azərbaycanın mövqeyi konstruktiv və prinsipial olaraq qalır. ATƏT-in Yerevan ofisinin fəaliyyətinin şəffaf olması, ATƏT qarşısında məsuliyyət daşıması və mandat çərçivəsində həyata keçirilməsi təmin olunmalıdır. Daimi nümayəndəlik ümid edir ki, ATƏT öz prinsipləri, ortaq dəyərləri və öhdəliklərini güdaza verməyərək həmrəylik və birlik formasında Ermənistan tərəfindən yaradılan bu növbəti problemin də öhdəsindən gələcək.


13 Dek 2024
Siyasət

Xarkovda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Ukraynanın Xarkov şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.

13 Dek 2024
Siyasət

Heydər Əliyev Fondu "Afrika ölkələrində təhsil və mədəniyyətin inkişafı" layihəsini həyata keçirir

Heydər Əliyev Fondunun "Afrika ölkələrində təhsil və mədəniyyətin inkişafı" layihəsi çərçivəsində Ruandaya səfər edən Fondun vitse-prezidenti Leyla Əliyeva paytaxt Kiqali şəhərinin yaxınlığında yerləşən məktəbdə olub.

13 Dek 2024
Siyasət

Xocalının Ballıca kəndinə köç edən sakinlərə mənzillərinin açarları təqdim edilib

Xocalının Ballıca kəndinə yola salınan köç karvanı kəndə çatıb, yeni ailələrə mənzillərin açarları təqdim edilib.

13 Dek 2024
Siyasət

Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun komandanı Türkiyəyə səfər edib

Naxçıvan Əlahiddə Ümumqoşun Ordu komandanı general-mayor Kənan Seyidov Türkiyənin Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlunun dəvəti ilə Ankaraya səfər edib.

13 Dek 2024
Siyasət

Leyla Əliyeva Ruanda Prezidenti ilə görüşüb

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva dekabrın 13-də Kiqali şəhərində Ruanda Respublikasının Prezidenti Pol Kaqame ilə görüşüb.