Azərbaycan 2016-cı ilin yanvar-oktyabr aylarında Türkiyəyə 5,31 milyard kubmetr qaz tədarük edib. 2015-ci ilin 10 ayı ərzində bu göstərici 5 milyard kubmetr olub.
Bu barədə Trend Türkiyənin Energetika Bazarının Tənzimlənməsi İdarəsinə (EPDK) istinadən məlumat verir.
Yanvar-oktyabrda Türkiyə 36,42 milyard kubmetr qaz idxal edib ki, bunun da 30,62 milyardı boru kəmərləri ilə nəql olunub, 5,8 milyard kubmetri isə maye qaz idxalının payına düşür.
Türkiyənin ümumi qaz idxalında Azərbaycanın payı ötən ilin yanvar-oktyabrında 14,57 faiz təşkil edib.
Qeyd edək ki, Türkiyə Azərbaycandan qazı Cənubi Qafqaz boru kəməri (Bakı-Tbilisi-Ərzurum) ilə idxal edir. Türkiyə Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağından illik 6,6 milyard kubmetr qaz alışı haqqında müqaviləyə malikdir.
Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.
“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.
Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.