Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında ulu öndər Heydər Əliyevin böyük xidmətləri olub

Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında ulu öndər Heydər Əliyevin böyük xidmətləri olub
12 Dek 2016 12:11

Azərbaycan Respublikasının Türkiyədəki səfirliyi ümummilli lider Heydər Əliyevin vəfatının 13-cü ildönümü ilə əlaqədar Ankarada, Ulu Öndərin adını daşıyan parkda anım mərasimi təşkil edib.

Tədbirdə səfirliyin əməkdaşları, Ankarada təhsil alan tələbələrimiz, Türkiyənin hökumət və parlament üzvləri, Türkiyə Xarici İşlər Nazirliyinin yüksək vəzifəli rəsmiləri, tanınmış elm və mədəniyyət xadimləri, diaspor nümayəndələrimiz, QHT və KİV təmsilçiləri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin abidəsi önünə əklillər qoyub, əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sonra Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.

Səfir Faiq Bağırov, Türkiyə xarici işlər nazirinin müavini Əhməd Yıldız, Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Nurəddin Aras, tədbirin keçirildiyi Yeniməhəllə rayonunun bələdiyyə sədri Fethi Yaşar, professor Əflatun Nemətzadə, tələbə və kursantlarımız çıxış ediblər.

Çıxışlarda ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətlərindən, o cümlədən Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin qorunması və inkişafı naminə həyata keçirdiyi tarixi missiyaların əhəmiyyətindən bəhs olunub. Diqqətə çatdırılıb ki, Ulu Öndərin Vətən və xalq qarşısındaki ən böyük xidməti müstəqil Azərbaycanın dövlət müstəqilliyinin təmin olunmasıdır. Xalqımızın dövlətçilik tarixində böyük yeri və rolu olan azərbaycançılıq ideologiyası Heydər Əliyevin fəaliyyət amalı kimi qeyd olunub. Əminliklə bildirilib ki, ulu öndər Heydər Əliyevin quruculuq işləri Azərbaycanda və Türkiyədə heç zaman unudulmayacaq.

Çıxışlardan sonra Türkiyənin daxili işlər naziri Süleyman Soylu, milli müdafiə naziri Fikri Işık, mədəniyyət və turizm naziri Nabi Avcı, gənclər və idman naziri Akif Çağatay Kılıç, ailə məsələləri və sosial siyasət naziri Fatma Bətül Sayan Kaya, Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar, Ədalət və İnkişaf Partiyası sədrinin müavini Şaban Dişli və AKP-nin baş katibi Əbdülhəmid Gülün mərasimə ünvanladıqları məktubların mətni oxunub.


28 Mar 2025
Siyasət

Azərbaycanın Suriyadakı səfirliyi Dəməşqdə kimsəsiz uşaqlar üçün iftar süfrələri təşkil edib

Suriyanın Dəməşq şəhərində və şəhərin Spena qəsəbəsində Azərbaycan tərəfindən kimsəsiz uşaqlar üçün iftar süfrəsi təşkil edilib.

28 Mar 2025
Siyasət

Prezidentin Mətbuat Xidməti İlham Əliyev və Mehriban Əliyevanın Şuşaya səfərindən videoçarx paylaşıb

Prezidentin Mətbuat Xidməti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Şuşaya səfərindən videoçarx paylaşıb.

28 Mar 2025
Siyasət

Prezidentin Mətbuat Xidməti İlham Əliyev və Mehriban Əliyevanın Ağdam səfərindən videoçarx paylaşıb

Prezidentin Mətbuat Xidməti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Ağdamın Sarıcalı kəndinin birinci mərhələsinin açılışından videoçarx paylaşıb.

28 Mar 2025
Siyasət

İordaniyanın Kralı Azərbaycan Prezidentini təbrik edib

İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn Azərbaycan Prezidenti İlham Əliyevi Ramazan bayramı münasibətilə təbrik edib.

20 Mar 2025
Siyasət

Kamaləddin Qafarov: “Novruz yeni gün deməkdir”

“Artıq ikinci ildir Azərbaycan xalqı sülhü tərənnüm edən Novruz bayramını ölkənin istisnasız bütün ərazisində, o cümlədən Qarabağın və Şərqi Zəngəzurun hər bir guşəsində böyük coşqu ilə qarşılayır. Şanlı Ordumuz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə torpaqlarımızı erməni işğalından azad etdi. 2023-cü ilin sentyabrında isə artıq ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu.”