Azərbaycan Tibb Universitetinin yeni gerbi və loqosu təsdiqlənib

Azərbaycan Tibb Universitetinin yeni gerbi və loqosu təsdiqlənib
03 2017 17:12

Azərbaycan Tibb Universitetinin (ATU) yeni gerb və loqosu təsdiqlənib.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yeni gerb dairəvi formadadır, mərkəzində maarif və inkişaf rəmzi kimi açılmış kitab təsvir edilib. Kitabın üstündə dünyada səhiyyə və tibbin əsas rəmzi sayılan Hippokrat camı yerləşdirilib, 1930-universitetin yaranma tarixi əks olunub. Bu atributlar zeytun yarpağı ilə əhatələnib. Gerbin kənarları boyunca “Azərbaycan Tibb Universiteti” sözləri yazılıb, sözlərin hər iki tərəfində isə səkkizgüşəli ulduz əks olunub. Gerbin alt hissəsində isə üçrəngli bayrağımızın rənglərinə uyğun olaraq göy, qırmızı və yaşıl rənglərdə üç zolaq çəkilib.

ATU-nun yeni loqosunda isə açılmış kitabın ortasında rəmzi cam təsvir edilib. Camın ətrafına cərrahi iynə formasında ilan sarılıb. Loqoda ATU abbreviaturası, onun altında ərəb rəqəmləri ilə universitetin yaranma tarixi qeyd olunub.


8 Apr 2021
Səhiyyə - Sağlamlıq

Qurmanların dadlı yeməyi - əsl xəzinədır

Yaz - hər bir insanın həyatında xüsusi bir dövrdür - orqanizmin özünü aktiv şəkildə yenilədiyi və bərpa etdiyi dövr.

7 Apr 2021
Səhiyyə - Sağlamlıq

400 nəfərədək əhali səyyar formada tibbi müayinə ediləcək - FOTO

Daşkəsən rayonunun Quşçu kəndində səyyar müayinə aksiyasına start verilib.

7 Apr 2021
Səhiyyə - Sağlamlıq

Səhiyyə Nazirliyinin səlahiyyətləri TƏBİB-ə verilir

Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinə (TƏBİB) yeni səlahiyyətlər verilir.  

7 Apr 2021
Səhiyyə - Sağlamlıq

Sistitin yaranma səbəbi nə ola bilər, bundan necə qorunmaq olar?

Sidiyə getmə zamanı yaranan problemlər insanda böyük psixoloji diskomfort yaradır. Belə hallar ağir sayılmır, amma yumşaq desək xoşagəlməzdir. Tez-tez və çətin sidiyə getmə, sidik kisəsinin tam boşalmaması hissi, sidiyi saxlaya bilməmək – bu həmişə yaşlılara aid bir hal deyil, həm qadınların həm də kişilərın həyatının müxtəlif dövrlərində yarana bilər. Bu problemdən heç kim sığortalanmayıb. Bu əlamətlər sistit zamanı yaranır.

2 Apr 2021
Səhiyyə - Sağlamlıq

Sağlam bir həyat üçün bədəninizi vitaminsiz qoymayın!

Biz sağlamlığımızı nədən itiririk? Pis ekoloji durum, bakteriya və virus infeksiyalarının artması, təmiz havada az olmaq, fiziki aktivliyin azalması, passiv həyat tərzi, oturaq iş rejimi, günəş və təbii su vannalarından az qəbul edilməsi, keyfiyyəti qənaətbəxş olmayan ərzaqlardan istifadə, həddən çox yemək, balanslaşdırılmamış və rejimsiz qida qəbulu, xüsusilə gecə saatlarında, zərərli vərdişlər (alkoqol, siqaret və s.), nəzarətsiz antibiotik qəbulu, stress, yorğunluq, psixi və emosional gərginlik və s. immuniteti azaldan səbəblərdir.