Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında nadir rast gəlinən xəstəliklə bağlı əməliyyat aparılıb.
ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, klinikaya gətirilən körpədə qalça bağırsağın funksional hissəsi anadangəlmə qapalı olub. Körpə üzərində nadir əməliyyat icra olunub.
Həkim mama-ginekoloq, tibb üzrə fəlsəfə doktoru Arzu İsmayılova bildirib ki, hamiləlik dövründə ultrasəs müayinəsi zamanı körpədə bağırsaq keçirməzliyi ilə bağlı müəyyən şübhələr yaranıb. Buna görə doğuşdan dərhal sonra qarın boşluğunun rentgenoqrafiyası aparılıb və bağırsaq keçirməzliyi diaqnozu təsdiqlənib.
Aparılan əməliyyat yüksək səviyyədə keçirilib. Qalça bağırsağın terminal hissəsi, kor bağırsaq rezeksiya olunaraq anastomoz qoyulub.
Əməliyyatdan sonra körpə evə yola salınıb.
Bu günə qədər Azərbaycanda COVID-19-a 1804 təsdiq edilmiş yoluxma hadisəsi qeydə alınıb. Yoluxanlardan 24 nəfəri ölüb, 1325-i sağalıb, 455-i isə xüsusi rejimli xəstəxanalarda müalicəsini davam etdirir. Aprelin 27-dən etibarən ölkədə yumşaldılmış karantin rejimi qüvvədədir. Ancaq təəssüflə qeyd etmək lazımdır ki, bir çox vətəndaşlar həm küçədə, həm də ictimai nəqliyyatda maska və əlcəklərə məhəl qoymadan elementar təhlükəsizlik tədbirlərinə əməl etmir.
Azərbaycanda koronavirus infeksiyasına yoluxmuş 58 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Azərbaycanda 38 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.
Mayın 4-də Azərbaycanda xüsusi karantin rejiminin yumşaldılması gözlənilir. Fəqət, bəzi vətəndaşlarımızda ifrat nikbinlik, gərəksiz rahatlıq hissi yaranıb və onlar düşünürlər ki, COVİD-19 koronavirus pandemiyası ilə bağlı təhlükə sovuşub.