Rusiya və Azərbaycan rəsmiləri bu il qarşılıqlı səfərlər edəcəklər. APA-nın "İnterfaks"a istinadən verdiyi məlumata görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiya Federasiya Şurasının sədr müavini İlyas Umaxanovla görüşündə bildirib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin Moskvaya səfəri gözlənilir: "Rusiya baş naziri Dmitri Medvedevin Bakıya səfəri olacaq. Çox güman ki, bizim prezidentin də Moskvaya səfəri gözlənilir".
E. Məmmədyarov prezident İlham Əliyevin Moskvaya səfərinin təşkili məsələsinin rusiyalı həmkarı Sergey Lavrovla görüşündə müzakirə olunduğunu da söyləyib: "Lakin bu səfərin dəqiq tarixi məlum deyil. Biz Sergey Lavrovla iki prezidentin qrafiklərinə uyğun müddəti müzakirə etdik. Lakin səfərin tarixini əvvəlcədən sizə deyə bilmərəm".
“Azərbaycanın mərkəzi hakimiyyəti yaralı erməni əsgərlərinə tibbi yardım göstərməyə və ya bunu Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) dəstəyi ilə etməyə hazırdır”.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi arasında hərbi əməkdaşlıq planına əsasən, Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində hərbi hüquq ixtisası üzrə ekspertlərin görüşü keçirilib.
Azərbaycan Mərkəzi Bankı 22 sentyabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.