Azərbaycan Prezidenti görüş keçirib - FOTO + YENİLƏNİB

Azərbaycan Prezidenti görüş keçirib - FOTO + YENİLƏNİB
29 2017 12:11

Azərbaycan Prezidenti İlham Əliyev martın 29-da BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qeri Consu və istehsal, transformasiya və karbon üzrə əməliyyat direktoru Qordon Birreli qəbul edib.

Oxu.Az xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin mətbuat xidməti yayıb.

Prezident İlham Əliyev BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə keçmiş regional prezidenti Qordon Birreli BP şirkətinin hasilat, transformasiya və karbon üzrə baş əməliyyat rəhbəri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib. Qordon Birrelin Azərbaycandakı fəaliyyət illərinin ölkəmizdə enerji sahəsində mühüm inkişafa nail olunduğu dövrə təsadüf etdiyini deyən dövlət başçısı bu illər ərzində böyük nailiyyətlərin əldə olunduğunu vurğulayıb. 

Qordon Birrelin ölkəmizdəki fəaliyyətinin uğurlu olduğunu bildirən Prezident İlham Əliyev onun Azərbaycan ilə BP arasında əməkdaşlığa öz töhfəsini verdiyini qeyd edib, Qordon Birrelin fəaliyyətinin həm Azərbaycan hökuməti, həmçinin BP rəhbərliyi və şirkətin tərəfdaşları tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.

BP şirkətinin hasilat, transformasiya və karbon üzrə baş əməliyyat rəhbəri Qordon Birrel BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə yeni təyin olunmuş regional prezidenti Qəri Counz Prezident İlham Əliyevə təqdim edib. Dövlət başçısı Qəri Counza fəaliyyətində uğurlar arzulayıb, ölkəmizin BP ilə əməkdaşlığının bundan sonra da uğurla davam etdiriləcəyinə və qarşıya qoyulan bütün məqsədlərə nail olunacağına ümidvar olduğunu bildirib.

Qordon Birrel Azərbaycanda işlədiyi dövrü məmnunluqla xatırlayaraq bu illər ərzində fəaliyyətinə verilən böyük dəstəyə görə Azərbaycan hökumətinə və şəxsən Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib. BP ilə Azərbaycan arasında əməkdaşlığın vacib məqamlarından danışan Qordon Birrel gələn il “Şahdəniz-2” yatağından çıxarılması nəzərdə tutulan qazın ilk olaraq Türkiyəyə, daha sonra 2020-ci ildə Avropaya ixrac olunmasının önəmini vurğulayıb. 

Qordon Birrel Novruz bayramı günlərində Bakıda olduğunu məmnunluqla qeyd edərək şəhərimizin gözəlliyinin onda dərin təəssürat yaratdığını vurğulayıb.
Görüşdə “Azəri-Çıraq-Günəşli” layihəsinin uzadılması ilə bağlı məsələlər, həmçinin “Şahdəniz” və “Dayaz Sulu Abşeron” layihələri ətrafında müzakirələr aparılıb.

11:11

Azərbaycan Prezidenti İlham Əliyev martın 29-da BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qeri Consu və istehsal, transformasiya və karbon üzrə əməliyyat direktoru Qordon Birreli qəbul edib.

Oxu.Az xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin mətbuat xidməti yayıb. 

 


24 Apr 2024
Siyasət

Türkiyənin ilk astronavtı Azərbaycana gələcək

Türkiyənin kosmosa səyahət edən ilk astronavtı Alper Gezeravcının Azərbaycana səfəri təşkil olunacaq.

24 Apr 2024
Siyasət

İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasında dəstəyinə görə Qırğızıstana təşəkkürünü bildirib

Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasında göstərdiyi dəstəyə görə Qırğızıstana təşəkkür edib.

24 Apr 2024
Siyasət

İlham Əliyev: “Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsinin artması tendensiyası mövcuddur”

“Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsinin artması tendensiyası mövcuddur”.

24 Apr 2024
Siyasət

Prezident: “Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu dörd dəfə - 100 milyon dollaradək artıb”

“Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu dörd dəfə - 100 milyon dollaradək artıb”.

24 Apr 2024
Siyasət

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - YENİLƏNİB + FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib.