AMEA-nın elmi bölmələri üzrə ixtisaslar |
Həqiqi üzvlər (akademiklər) |
Müxbir üzvlər |
Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi |
||
Riyaziyyat |
1 həqiqi üzv |
1 müxbir üzv |
Fizika |
1 həqiqi üzv |
– |
Kompüter elmləri |
– |
1 müxbir üzv |
İnformatika |
– |
1 müxbir üzv |
Radiasiya materialşünaslığı |
– |
1 müxbir üzv |
Kimya Elmləri Bölməsi |
||
Kimyəvi kinetika və kataliz |
1 həqiqi üzv |
1 müxbir üzv |
Yer Elmləri Bölməsi |
||
Neft-qaz geologiyası |
1 həqiqi üzv |
1 müxbir üzv |
Biologiya və Tibb Elmləri Bölməsi |
||
Tibb |
– |
1 müxbir üzv |
Botanika |
1 həqiqi üzv |
– |
Biofizika |
– |
1 müxbir üzv |
Fiziologiya |
– |
1 müxbir üzv |
Humanitar Elmlər Bölməsi |
||
Filologiya |
1 həqiqi üzv |
1 müxbir üzv |
Dilçilik |
1 həqiqi üzv |
– |
Folklorşünaslıq |
– |
1 müxbir üzv |
Sənətşünaslıq |
1 həqiqi üzv |
1 müxbir üzv |
İctimai Elmlər Bölməsi |
||
Tarix |
3 həqiqi üzv |
1 müxbir üzv |
Fəlsəfə |
– |
1 müxbir üzv |
Naxçıvan Bölməsi |
||
Kimya |
– |
1 müxbir üzv |
Psixologiya |
– |
1 müxbir üzv |
Gəncə Bölməsi |
||
Botanika |
– |
1 müxbir üzv |
AMEA-nın həqiqi üzvləri (akademikləri) AMEA Nizamnaməsinin 5.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşı olan, elm istiqamətləri üzrə geniş tədqiqatlar aparan, elmi yeni biliklərlə zənginləşdrən, tanınmış elmi məktəblər yaradan AMEA-nın müxbir üzvləri sırasından seçilirlər.
AMEA-nın müxbir üzvləri AMEA Nizamnaməsinin 5.3-cü bəndinə əsasən elmin inkişafında görkəmli xidmətləri olan, onu dəyərli tədqiqatları ilə zənginləşdirən Azərbaycan Respublikasının vətəndaşları sırasından seçilirlər.
“AMEA üzvlərinin və onun rəhbər orqanlarının seçkiləri haqqında Əsasnamə”yə uyğun olaraq elan olunmuş ixtisaslar üzrə AMEA-nın həqiqi və müxbir üzvləri, elmi müəssisələrin və ali təhsil müəssisələrinin elmi şuraları AMEA-nın həqiqi və ya müxbir üzvlüyünə namizədlər irəli sürmək hüququna malikdir.
AMEA üzvlüyünə irəli sürülən namizədlərin aşağıda qeyd olunan sənədləri (2 nüsxə) seçkilər haqqında mətbuatda elan dərc edildiyi gündən etibarən 30 gün müddətində AMEA Rəyasət Heyətinin qərarı ilə yaradılmış Komissiyaya təqdim edilməlidir:
• AMEA həqiqi və ya müxbir üzvlüyünə namizədin irəli sürülməsi
haqqında müvafiq qərar və ya təqdimat;
• Tərcümeyi-hal;
• Kadrların uçotu üzrə şəxsi vərəqə;
• Elmi əsərlərin siyahısı;
• Ali təhsil, fəlsəfə doktoru, elmlər doktoru diplomlarının və
professor attestatının surətləri;
• Əsas iş yerindən xasiyyətnamə;
• 4x6 sm ölçüdə 3 ədəd fotoşəkil.
Sənədlər hər gün saat 10:00-dan 17:00-dək (şənbə və bazar günləri istisna olmaqla) aşağıdakı ünvanda qəbul edilir:
Bakı şəhəri, H.Cavid prospekti 115, Akademiya şəhərciyi, AMEA-nın əsas binası
Tel: 539-30-60, 537-23-97
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti
Dövlət Vergi Xidmətinin kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
Hərbi hissələrdə andiçmə mərasimlərinə valideynlər buraxılmayacaq.
Azərbaycan ərazisində fevralın 12-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.