Dekabrın 14-də Azərbaycan Memarlıq və İnşaat Universitetində veteranlarla görüş keçirilib.
Respublika Veteranlar Təşkilatından AZƏRTAC-a bildiriblər ki, tədbirdə veteranlar, Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbə və müəllimləri iştirak ediblər.
Tədbirdə çıxış edən Respublika Veteranlar Təşkilatı sədrinin müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov təşkilatın fəaliyyəti, xüsusilə gənclərin hərbi vətənpərvərlik tərbiyəsi istiqamətində görülən işlər barədə geniş məlumat verib. Bildirilib ki, Respublika Veteranlar Təşkilatı gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, onların milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda yetişmələri üçün ardıcıl iş aparır, müxtəlif universitetlərdə görüşlər keçirir, Azərbaycanın şanlı hərb tarixinin təbliğində bilik və təcrübəsini əsirgəmir. Bu tədbirlərin təşkilinin əsas məqsədi gənclərimizi erməni hərbi birliklərinin işğalı altındakı Vətən torpaqlarını azad etməyə hazır olmağa ruhlandırmaqdır. Bu ilin aprelində cəbhə xəttində dördgünlük müharibə göstərdi ki, ölkə gəncləri Vətəni, torpağı uğrunda canından keçməyə hazırdırlar. Aprel döyüşlərində cəmiyyətin orduya, Azərbaycan əsgərinə dəstəyi ölkədə vətənpərvərlik hisslərinin güclü olduğunu bir daha nümayiş etdirib.
C.Xəlilov diqqətə çatdırıb ki, Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən ordu quruculuğu sahəsində aparılan ardıcıl iş torpaqlarımızın işğaldan azad ediləcəyinə hər kəsdə qəti inam yaradıb. Aprel hadisələri qəhrəman Azərbaycan əsgərinin nəyə qadir olduğunu bir daha sübut edib. Müharibə əlilləri və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, bütün veteranlarımıza göstərilən qayğı da məhz buna xidmət edir. Azərbaycanda veteranlara qayğı ardıcıl həyata keçirilən dövlət siyasətidir. Biz də bu diqqət və qayğıya əməli işimizlə cavab vermək üçün bütün imkanlarımızı səfərbər etmişik.
Tədbirdə İkinci Dünya müharibəsi veteranları Bəkir Məmmədov, Daməd Nəbiyev, Respublika Veteranlar Təşkilatının nümayəndələri, universitetin tələbələri çıxış edərək ali təhsil ocaqlarında keçirilən belə görüşlərin əhəmiyyətindən danışıblar.
Sonda təhsildə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsində fərqlənən bir qrup müəllim və tələbəyə Respublika Veteranlar Təşkilatının yubiley medalları və fəxri fərmanları təqdim edilib.
Müdafiə Nazirliyinin dekabrın 9-da keçirilən kollegiya iclasında azad edilmiş ərazilərdə görülən mühəndis tədbirləri barədə məruzələr dinlənilib.
“Miçaunq” qasırğası Hindistanın cənub-şərqində ən az 24 nəfərin həyatına son qoyub.
Dekabrın 9-da müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə 2023-cü ilin yekunlarına dair Müdafiə Nazirliyinin Kollegiya iclası keçirilib.
Dekabrın 10-da Azərbaycan ərazisində gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.
Qəbələ rayonu ərazisində fəaliyyət göstərən 24 nömrəli Şuşa məktəbinə rəhbərlik edən Səbinə Mikayıl qızı Gözəlova işğaldan azad olunmuş şəhərdə birinci tikilib istifadəyə verilən və bu il açılışı olan Şuşa şəhər 1 nömrəli məktəbin direktoru vəzifəsinə təyin olunub.