“Akkord Tekstil” MMC-nin tikiş fabrikində ixrac üçün istehsal edilən köynəklərin ilk partiyasının fevral ayının 25-də İtaliyaya ixracatı gerçəkləşdirilmişdir. Bu barədə “Marja”ya “Akkord Tekstil”dən bildirilib.
Xatırladaq ki, “Akkord Tekstil” MMC ilə “DEHA Üretim Pazarlama ve İhracat Ltd” Türkiyə şirkətinin birgə fəaliyyəti nəticəsində “Akkord Tekstil” MMC-nin Ağstafa şəhərində yerləşən tikiş fabrikində avropa standartlarına uyğun köynək istehsal edən yeni tikiş xəttinin quraşdırılma işləri başa çatdırılmışdır. Yeni tikiş xəttinin istifadəyə verilməsi nəticəsində bir ayda 10 000 ədəd köynəyin istehsal edilməsi mümkün olmuş, istehsal edilən məhsulun daxili bazarla yanaşı Avropa İttifaqı ölkələrinə də ixrac edilməsi hədəflənmişdir.
Hal-hazırda ayda istehsal həcmini 30 000 ədəd köynəyə qədər artırmaq üçün işlər aparılır.
XARİCİ BRENDLƏR ÜÇÜN İSTEHSAL EDƏCƏK
“Akkord Tekstil” MMC-nin “Made in Azerbaijan” brendi altında istehsal etdiyi köynəklər “Alesandro Gattuso”, “Coveri, Harrods”, “Tad Williams”, “Regard”, “Tessuti”, “Elegant”, “Respekt” və s. ticarət markaları ilə yerli və xarici bazarlara təqdim edilməsi planlaşdırır.
“Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) dinamikasında müsbət meyillər davam edir”.
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.
Naxçıvan sakinləri şəxsiyyət vəsiqələrini "ASAN Xidmət" mərkəzlərində dəyişdirə biləcəklər.
Özbəkistan Baş nazirinin müavini - investisiyalar və xarici ticarət naziri Cəmşid Xocayev Azərbaycanda səfəri çərçivəsində Ələt Azad İqtisadi Zonasının və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin rəhbərliyi ilə görüşlər keçirib.