Dekabrın 17-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Məzun Karyera sərgisi keçirilib.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, sərgidə 35-dək şirkətin, o cümlədən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR), “Azərikimya” İstehsalat Birliyinin nümayəndələri universitetin tələbə və məzunlarına vakant iş yerlərini təklif ediblər.
Tədbirdə 1500-dən çox tələbə və məzun iştirak edib.
Şirkətlərin rəhbərləri və nümayəndələri ilə görüşdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı rəhbərlik etdiyi ali məktəbin fəaliyyəti və təhsilin inkişafı istiqamətində reallaşdırılan tədbirlərdən, qazanılan uğurlardan danışıb.
Karyera sərgisi barədə fikirlərini bölüşən rektor təhsil müəssisəsi ilə şirkətlər arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb. M.Babanlı, eyni zamanda, tələbələrin müəssisələrdə təcrübə keçmələrinin çox önəmli olduğunu söyləyib və qeyd edib ki, bundan sonra hər ilin may və dekabr aylarında məzun karyera sərgilərinin keçirilməsi planlaşdırılır.
Şirkət rəhbərləri ADNSU-nun təşkilatçılığı ilə keçirilən karyera sərgisinin əhəmiyyətini vurğulayıblar.
Bu ilin ilk dörd ayında Azərbaycan xaricdən 37,165 milyon ABŞ dolları dəyərində 6 min 848 ton kərə yağı alıb.
Bakı-Füzuli istiqamətində yola düşən ilk müntəzəm sərnişin avtobusu mənzil başına çatıb.
Azərbaycan Respublikasında 2022-ci ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçılar Silahlı Qüvvələr üzrə xidmət yerlərinə təyinatla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən iyunun 25-də SMS vasitəsilə məlumatlandırılıblar.