Martın 13-də paytaxtın Azadlıq prospektində yolun çökən hissəsi təmir olunub. Bu barədə Trend-ə açıqlamasında "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.
Qurum rəsmisi bildirib ki, çökmə yolun altından keçən kanalizasiya xəttində sızma nəticəsində baş verib: "Kanalizasiya xəttində sızma olub, yolun alt qatını yuyub və təxminən 3-4 kvadratmetrlik ərazidə çökmə yaranıb. Hadisə ilə bağlı dərhal ərazidə təhlükəsizlik tədbirləri görülüb, aidiyyəti qurumlara məlumat verilib. Aidiyyəti qurumlar tərəfindən kanalizasiya xəttinin sızma baş verən hissəsi təmir olunub. "Azəravtoyol" ASC tərəfindən isə yolun həmin hissəsi təmir olunub".
Bakı Hərbi Məhkəməsində sabiq birlik komandiri, ehtiyatda olan general-leytenant Rövşən Əkbərovun ev dustaqlığına buraxılması barədə verilən vəsatətə baxılıb.
“İtkin düşmüş 24 nəfər hərbi qulluqçunun olduqları yerlərin müəyyən olunması məqsədilə axtarış qrupları tərəfindən hazırda Tərtər, Füzuli, Cəbrayıl, Xocavənd və Xocalı rayonlarının ərazilərində, həmçinin Şuşa şəhəri ətrafında müvafiq axtarış işləri aparılır”.
Aprelin 20-də Avronest PA-nın 9-cu sessiyası çərçivəsində qurumun onlayn formatda plenar iclası keçirilib.