Aydın Əliyevdən gömrük daxilolmaları ilə bağlı açıqlama

Aydın Əliyevdən gömrük daxilolmaları ilə bağlı açıqlama
17 2017 10:53

“Ölkədəki iqtisadi böhran idxal həcminin kəskin azalmasında özünü göstərir. 

Buna baxmayaraq, Dövlət Gömrük Komitəsi 2016-cı ilin büdcə proqnozuna 126% əməl edib”. 

REALPRESS.Az Trend-ə istinadən xəbər verir ki, komitə etiraf edib ki, büdcə öhdəliklərini belə yüksək səviyyədə yerinə yetirmələrinə səbəb məhz milli valyutanın devalvasiyası və nəticədə dəfələrlə ucuzlaşmasıdır. 

“Bu isə o deməkdir ki, gömrük rüsumunu dollarla alan komitə həmin rüsumları büdcəyə manatla transfer etdiyindən mübadilə nəticəsində daha çox manat əldə edir”.  

Bununla bağlı komitə sədri Aydın Əliyevin fikirləri belədir: “İdxalın həcminin azalmasına baxmayaraq, milli valyutamızın devalvasiyası hesabına 2016-cı ildə Dövlət Gömrük Komitəsi üzrə müəyyən edilmiş proqnoz 126,6% yerinə yetirilib. 

İllik 1 milyard 810 milyon manat proqnoza qarşı faktiki olaraq 2 milyard 291,6 milyon manat gömrük ödənişləri yığılaraq dövlət büdcəsinə köçürülməsi təmin olunub”.

Həmçinin cari ilin 2 ayı ərzində büdcə proqnozu nəzərdə tutulandan 62,9 milyon manat artıq olmaqla 368,9 milyon manat gömrük ödənişləri yığılaraq dövlət büdcəsinə köcürülməsi təmin olunub”.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.