Avtomobilləri artıq mobil telefonlar vasitəsilə idarə etmək mümkündür – VİDEO

Avtomobilləri artıq mobil telefonlar vasitəsilə idarə etmək mümkündür – VİDEO
06 2017 15:11

Avtomobili internet vasitəsi ilə istənilən məsafədə işə salan, qapılarını açıb-bağlayan, hətta cızılanda belə sahibinə məlumat ötürə bilən sistem mövcuddur.

REALPRESS.Az Xəzər TV-yə istinadən məlumat verir ki, Bakıda avtomobillərə quraşdırılan bu yeni qurğu və idarəetmə proqramının qiyməti 700-1600 manat arasında dəyişir. 

Avtomobilin təhlükəsizlik və xəbəredici sistemi adlandırılan bu cihaz avtomobili internet vasitəsilə istənilən məsafədən işə salmaq və nəzarət etməyə imkan verir. Hətta bu proqram avtomobilə edilən müdaxilələr barədə də sahibinə məlumat verir.

Avtomobilə quraşdırılan qurğu və onun idarə edilməsi üçün nəzərdə tutulan proqram vasitəsilə avtomobili 24 saat təqib etmək, dövrü dəyişilməli olan detalların işləmə müddətini öyrənmək olar. Sistemin işləməsi üçün internet lazımdır.

Məlumat üçün qeyd edək ki, bu sistemi istənilən avtomobilə qoşmaq olur və sürücüyə qurğunun avtomobilin digər detallarına zərər vurmayacağı ilə bağlı zəmanət verilir.


27 Fev 2021
Cəmiyyət

Bakıda tramvayların bərpası ilə bağlı işlər gedir - AÇIQLAMA

Bu gün paytaxtda velosiped infrastrukturu demək olar ki, yoxdur. Lakin qarşıda velosiped zolaqlarının çəkilməsi nəzərdə tutulur.

27 Fev 2021
Cəmiyyət

“8 Noyabr” stansiyası istismara hazırlanır

Bakı metrosunun son 7 ilində yeraltı yolların inkişafı, yeni sahələrin tikintisi davam edib.

27 Fev 2021
Cəmiyyət

200 gündən artıqdır bağlı qalan metroda hansı işlər görülüb? - RƏSMİ

“Böyük hünərlərlə zəngin olan illərin sırasında bütün dünyanın həyat ahəngini pozan pandemiya metropolitenimizin normal fəaliyyəti qarşısında ciddi əngəllər yaradıb”.

27 Fev 2021
Cəmiyyət

Qubadlı yolunun inşasına yaxın zamanda başlanılacaq - RƏSMİ

Qarşıda dayanan ikinci layihə 3500 metr hündürlükdə olan Murovdağ silsiləsindən Kəlbəcərə gedən yolun çəkilməsidir. Çünki Kəlbəcər rayonunda qış mövsümü sərt keçir.

27 Fev 2021
Cəmiyyət

Vyanada Xocalı soyqırımı qurbanları anılıb - FOTO

Avstriyada fəaliyyət göstərən Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin (AZER-DER) təşəbbüsü ilə Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.