Avstraliyanın səhiyyə və idman naziri Syuzan Li dövlət büdcəsinə məxsus olan vəsaitlər hesabına "Gold-Kost" kurortunda şəxsi əmlak alıb. Bu məsələ ilə bağlı yaranmış qalmaqala görə, nazir istefaya getməyə məcbur olub.
Trend-in BBC-yə istinadən verdiyi məlumata görə, bu, Avstraliya hökumətində baş tutan ilk korrupsiya qalmaqalı deyil. Məhz bu səbəbdən artıq ölkədə yüksək rütbə tutan məmurların xərclərinə nəzarət edən orqan yaradılması barədə qərar qəbul edilib.
Azərbaycanda qızıl, mis və gümüş istehsalı və kəşfiyyatını həyata keçirən “Anglo-Asian Mining Plc” şirkəti 2021-ci ilin birinci rübünə dair hesabat verib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstan Xarici İşlər naziri (XİN) Nikos Dendiasın fikirlərinə münasibət bildirib.
İran hökuməti uranın 60 faizə qədər zənginləşdirilmiş ilk partiyasını əldə etdiyini bəyan edib.