UEFA Avropa Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
Realpress.az goal.az-a istinadən xəbər verir ki, ilk yarımfinal mərhələsinin oyunlarından sonra bu ada "Arsenal"ın hücumçusu Aleksandr Lyakazett layiq görülüb.
Fransalı forvard evdə "Valensiya"nı 3:1 hesabı ilə məğlub etdikləri qarşılaşmada iki qolun müəllifi olub.
Qeyd edək ki, bu komandalar arasındakı cavab oyunu mayın 9-da olacaq. Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq.
AFFA milli komandamızın baş məşqçisi Nikola Yurçeviçlə yolları ayırmaq qərarı verib.
Avropa Liqasının qrup mərhələsinin sonuncu - VI turunda Bakıda Lüksemburqun "Düdelanj" klubu ilə heç-heçə edən (1:1) "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.