Avropa İttifaqı Ukrayna və Gürcüstan vətəndaşları üçün vizanı ləğv edir

Avropa İttifaqı Ukrayna və Gürcüstan vətəndaşları üçün vizanı ləğv edir
08 Dek 2016 16:34

Avropa İttifaqı (Aİ) Ukrayna və Gürcüstan vətəndaşları üçün vizanın ləğv olunması haqqında qərar qəbul edib.

realpress.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidmətinin məlumatında deyilir. 

Avropa İttifaqı Şurası və Avropa Parlamenti Gürcüstan və Ukraynaya vizasız rejimin hansı halda dayandırılacağı mexanizmi barədə də razılığa gəlib.

İki qurum arasında əldə edilən razılığa əsasən, üçüncü ölkə Gürcüstana və Ukraynaya tətbiq edilən vizasız rejimdən sui-istifadə edərsə, o zaman bu mexanizm avtomatik qüvvəyə minəcək.

Hazırda qərar Avropa Parlamentində səsə qoyulacaq, daha sonra onu Aİ Şurası rəsmi təsdiqləməlidir. 


14 Fev 2026
Dünya

Sakit okeanda güclü zəlzələ baş verdi

Sakit okeanda Vanuatu Respublikasına məxsus Espiritu-Santo adasının qərb sahillərində 6.5 maqnitudalı zəlzələ qeydə alınıb.

14 Fev 2026
Dünya

Donald Tramp Viktor Orbana dəstəyini ifadə etdi

ABŞ Prezidenti Donald Tramp Macarıstanın Baş naziri Viktor Orbana dəstəyini bildirib.

13 Fev 2026
Dünya

Portuqaliyada daşqınlar zamanı azı 16 nəfər ölüb

Portuqaliyada baş verən genişmiqyaslı daşqınlar nəticəsində azı 16 nəfər ölüb. Koimbra bölgəsinin üç mindən çox sakini Mondeqo çayında suyun səviyyəsinin həddindən artıq çoxalması səbəbindən evlərini tərk edib.

13 Fev 2026
Dünya

Günəşdə güclü partlayış baş verib

Fevralın 13-də Günəşdə güclü partlayış qeydə alınıb.

13 Fev 2026
Dünya

Luvr muzeyini su basdı

Fevralın 13-nə keçən gecə Parisin Luvr muzeyini su basıb.