Ötən il ərzində aparılan yoxlamalar zamanı apteklərdə reseptlərlə əlaqəli heç bir problemə rast gəlinməyib.
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən Trend-ə verilən məlumata görə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 2015-ci il 20 oktyabr tarixli 1410-IVQ saylı Qanunun tətbiqi barədə Azərbaycan Prezidentinin fərmanı ilə yoxlamaların aparılmasına məhdudiyyətlər qoyulduqdan sonra ötən il ərzində qanunla müəyyən edilmiş şəkildə 5 aptekdə plandankənar yoxlamalar aparılıb.
Həmin apteklərlə bağlı müvafiq tədbirlər görülərək nəticələri barədə səlahiyyətli orqanlara məlumat verilib. Bu yoxlama zamanı reseptlərlə əlaqəli heç bir problemə rast gəlinməyib.
Qeyd edək ki, 2015-ci ilin noyabrın 6-dan etibarən qüvvəyə minən qərara əsasən, reseptlərdə dərman vasitələrinin beynəlxalq patentləşdirilməmiş adı, yəni dərmanın təsiredici maddəsinin adı yazılmalıdır. Təyin edilmiş dərman vasitəsinin beynəlxalq patentləşdirilməmiş adı olmadığı halda (3 və daha artıq tərkibli, bioloji oxşar dərman vasitələri qrupuna aid olduqda) resept blankında onun ticarət adı yazılmalıdır. Bu tələblərin tətbiqində məqsəd həm də həkimlərlə əczaçılıq şirkətləri arasında olan "sövdələşmənin" qarşısını almaqdır.
Azərbaycan para-oxatanları Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında iki bürünc medal qazanıblar.
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 766 vaksin vurulub.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə avqustun 11-də Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyevi qəbul edib.
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 488 yeni yoluxma faktı qeydə alınıb, 492 nəfər müalicə olunaraq sağalıb.
Azərbaycanda yoluxma hallarının artması fonunda koronavirus əleyhinə dördüncü doza vaksinin məcburi olacağı deyilir. İddia olunur ki, payıza doğru yoluxmalar daha da artacaq və əhali arasında dördüncü doza vaksinlərin vurulması prosesinə start veriləcək.