Amerikalı investorlar Rəqəmsal Ticarət Qovşağına böyük maraq göstəriblər

Amerikalı investorlar Rəqəmsal Ticarət Qovşağına böyük maraq göstəriblər
02 2017 17:40

Amerikalı investorlar Rəqəmsal Ticarət Qovşağına böyük maraq göstəriblər.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Vaşinqtonda ABŞ-Azərbaycan əlaqələrinin 25 illiyinə həsr edilmiş tədbirdə iştirak edib.

İİTKM-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Vüsal Qasımlı iştirakçılara Azərbaycanda qəbul edilmiş strateji yol xəritələri barədə ətraflı məlumat verib. İcraçı direktorun geniş təqdimatı amerikalı iş adamlarında Azərbaycan iqtisadiyyatı və ölkədə həyata keçirilən iqtisadi islahatlar barədə aydın təsəvvür yaradıb. V.Qasımlı, həmçinin Azərbaycanda ixrac imkanlarını genişləndirmək üçün sahibkarlara dəstək olan "Azexport" portalı barədə təqdimat edib. Bildirib ki, sahibkarlara yeni, real imkanlar və şərait yaratmaq baxımından "Azexport" portalı çox əhəmiyyətlidir.

İİTKM-nin icraçı direktoru Azərbaycan Rəqəmsal Ticarət Qovşağının yaradılması istiqamətində görülən işlərlə bağlı iştirakçıları məlumatlandırıb. Qeyd edib ki, Rəqəmsal Ticarət Qovşaq ölkəmizin şaxələndirilmiş nəqliyyat-logistika imkanlarından və informasiya-kommunikasiya texnologiyaları sahəsində nailiyyətlərindən səmərəli istifadə etməklə, ixrac potensialının yüksəldilməsini, transsərhəd ticarətin, o cümlədən elektron ticarətin əhatə dairəsinin genişləndirilməsini zəruri edir.

Amerikalı investorlar Rəqəmsal Ticarət Qovşağına böyük maraq göstəriblər. Diqqətə çatdırılıb ki, ümumilikdə Azərbaycandakı islahatlar iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına böyük ümid yaradır. Bu xüsusilə Azərbaycanın regionun rəqəmsal liderinə çevrilməsi baxımından önəmlidir.

Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədləri ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzunmüddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.

 


23 Yan 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “2022-ci ildə ÜDM 2021-ci ilə nisbətən 4,6% artıb” - FOTO

“Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) dinamikasında müsbət meyillər davam edir”.

16 Yan 2023
İqtisadiyyat

Avro bahalaşdı, rubl ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

6 Yan 2023
İqtisadiyyat

Naxçıvan sakinləri şəxsiyyət vəsiqələrini "ASAN Xidmət"də dəyişdirə biləcək

Naxçıvan sakinləri şəxsiyyət vəsiqələrini "ASAN Xidmət" mərkəzlərində dəyişdirə biləcəklər.

6 Yan 2023
İqtisadiyyat

Özbəkistan “Bakı Limanı”nın imkanlarından istifadə etməyi planlaşdırır

Özbəkistan Baş nazirinin müavini - investisiyalar və xarici ticarət naziri Cəmşid Xocayev Azərbaycanda səfəri çərçivəsində Ələt Azad İqtisadi Zonasının və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin rəhbərliyi ilə görüşlər keçirib.

6 Yan 2023
İqtisadiyyat

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

Azərbaycan Mərkəzi Bankı 6 yanvar tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.