Amerikalı alimlər passiv “Wi-Fi” texnologiyasını yaradıblar

Amerikalı alimlər passiv “Wi-Fi” texnologiyasını yaradıblar
14 Dek 2016 12:05

Smartfonda “Wi-Fi” simsiz rabitə texnologiyası akkumulyatorun şarjını çox sərf edir. Vaşinqton universitetinin alimləri tərəfindən təqdim edilmiş yeni texnologiya indikindən 10 min dəfə az enerji sərf etməklə “Wi-Fi” siqnalı yaratmağa imkan verir. Yeni texnologiya "passiv Wi-Fi" adlandırılıb.

“ICTnews” Elektron Xəbər Xidməti 4pda.ru saytına istinadən yazır ki, yeni texnologiya rəqəmli və analoq əməliyyatların ayrılması əsasında işləyir. Məhz sonuncu yüksək enerji sərfiyyatına səbəb olur. Passiv “Wi-Fi” siqnalı translyasiya etmək üçün ayrı analoq ötürücü aparatdan istifadə edəcək. Bundan sonra siqnal aşağı güclü rəqəmli çeviricilərin köməyi ilə əks olunur və ənənəvi paketlər şəklində ötürülür.

Passiv “Wi-Fi” texnologiyasının enerji sərfiyyatı “Bluetooth LE” və ya “ZigBee” ilə müqayisədə 1000 dəfə azdır. Alimlər gələn ilin martında sözügedən texnologiyanı nümayiş etdirəcək və “USENIX” simpoziumunda yenilik barədə detalları açıqlayacaqlar.

18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.