“Qarabağ” klubunun futbolçusu Riçard Almeyda Azərbaycan milli komandasının məşqində iştirak etdikdən sonra düşərgədən ayrılıb.
REALPRESS.Az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçinin yığmaya çağırılmasında məqsəd milli ab-havasını hiss etmək, adaptasiya prosesinə başlamaqdan ibarət olub.
O, baş məşqçi Robert Prosineçki tərəfindən toplanışa dəvət olunmuşdu.
Almeydanın Azərbaycan milli komandasının heyətində rəsmi oyunlarda iştirak etməsi ilə bağlı FIFA-nın qərarının növbəti aylarda açıqlanması gözlənilir.
Bu gün güləş üzrə Kiyev turniri start götürür.
“Qarabağ” klubu Azərbaycan Premyer Liqasının XVII turunun “Səbail”lə oyununda təqdirəlayiq addım atıb.
Rusiyalı idmançılar 5-7 mart tarixlərində Polşanın Torun şəhərində keçiriləcək atletika üzrə qapalı məkanda Avropa çempionatında iştirak edə bilməyəcək.