Almaniya XİN: “Dağlıq Qarabağdakı separatçı rejimi tanımırıq”

Almaniya XİN: “Dağlıq Qarabağdakı separatçı rejimi tanımırıq”
23 2020 09:57


“Almaniya Federativ Respublikası qondarma “Arsax Respublikası”nı tanımır. Müvafiq olaraq, bu qondarma qurumun nə akkreditə olunmuş diplomatik və ya konsulluq nümayəndələri mövcuddur, nə də qəbul edilmiş nümayəndəliyi”.

Almaniyanın Xarici İşlər Nazirliyi bunu Azərbaycan tərəfinin rəsmi sorğusuna cavabında bəyan edib.

“AFR Cinayət Məcəlləsinin 132-ci paraqrafına əsasən, xarici titullardan, yaxud da vəzifə və xidməti rütbələrdən, o cümlədən, bu cür adlarla qarışdırıla bilən adlardan istifadə cinayət hesab edilir. Buraya, həmçinin, o adlar da aid edilir ki, istifadə edən şəxs onların köməyi ilə mövcud olmayan ölkənin vəzifəli şəxsi görünüşünü yaradır”.

Beləliklə, rəsmi Berlin qondarma “Arsax Respublikası”nın AFR-dəki daimi nümayəndəliyi”nin qanunsuz fəaliyyəti barədə açıq-aşkar bəyan edib.

AFR-in bu bəyanatını sərbəst interpretasiya etmək cəhdlərinə yol verilməməsi məqsədilə bu ölkənin Xarici İşlər Nazirliyi bu dəfə artıq şəxsən Arutyun Qriqoryana – Almaniyada az qala “Arsaxın AFR-dəki səfiri” kimi təqdim olunan fırıldaqçıya aid aşağıdakı izahı əlavə edib.

Ölkənin xarici siyasət idarəsinin sənədində bildirilir:

“Bununla bağlı AFR XİN cənab Qriqoryandan Dağlıq Qarabağın beynəlxalq-hüquqi subyektliyinin hər hansı görünüşünün və onunla bağlı diplomatik və konsulluq nümayəndəliyinin yaradılmasını dərhal dayandırmağı yazılı şəkildə tələb edib. Tələb yerinə yetirilməyəcəyi təqdirdə hüquqi tədbirlər görüləcəyi nəzərə çatdırılıb”.

8 İyul 2020
Siyasət

Prezidentdən Dövlət Neft Fondu ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2019-cu il büdcəsinin icrası haqqında sərəncam imzalayıb. 

8 İyul 2020
Siyasət

İlham Əliyev Abşerona 8,5 milyon manat ayırdı - SƏRƏNCAM

Prezident İlham Əliyev Abşeron yarımadasında kənd təsərrüfatına yararlı torpaqların suvarılma vəziyyətinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

8 İyul 2020
Siyasət

İlham Əliyev BMT-nin Baş katibinə zəng etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT-nin Baş katibi Antonio Quterreşə telefonla zəng edib. 

8 İyul 2020
Siyasət

Azərbaycanın Rusiyadakı səfirliyindən vətəndaş narazılığına MÜNASİBƏT - VİDEO

“Cari ilin 6 iyul tarixində Azərbaycan Respublikasının vətəndaşı Rəşid Arif oğlu Məmmədov və onu müşayiət edən şəxs Səfirliyin binasının önündə çəkdikləri videoda bildirirlər ki, onlar Azərbaycana getmək istəyirlər, bununla bağlı Səfirliyə müraciət etmələrinə baxmayaraq, onları heç kim qəbul etmir və məlumat vermir. Bu qətiyyən həqiqətə uyğun deyil”.

7 İyul 2020
Siyasət

İlham Əliyev Yaponiyanın İmperatoruna başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Yaponiyanın İmperatoru Əlahəzrət Naruhitoya başsağlığı məktubu göndərib.