Alimlər siqaretçəkmənin əmələ gətirdiyi yeni xəstəliklərin siyahısını açıqlayıblar

Alimlər siqaretçəkmənin əmələ gətirdiyi yeni xəstəliklərin siyahısını açıqlayıblar
09 Dek 2016 11:01

Əvvəllər aparılan tədqiqatlar göstərib ki, siqaretçəkmə insan sağlamlığına çox pis təsir edir: zərərli vərdiş tənəffüs yollarının xroniki xəstəliklərinə səbəb olur, immuniteti zəiflədir, ömür müddətini isə xeyli qısaldır. Ağciyər xərçəngi və ürək damar sistemi xəstəlikləri siqaretçəkmənin doğurduğu ən qorxunc fəsadlar sayılır.

Amerika alimləri davamlı araşdırmalardan sonra məyusedici qənaətə gəliblər. Sən demə, ürək-damar xəstəlikləri və xərçəng nikotin asılılığının əmələ gətirdiyi xəstəliklər aysberqinin yalnız gözlə görünən hissəsidir.

AZƏRTAC “Novaya qazeta”ya istinadla xəbər verir ki, amerikalı alimlər yaşı əllidən çox olan bir çox siqaretçəkənin sağlamlıq durumunu müayinə ediblər. Nəticələr onları heyrətləndirib. Tədqiqat göstərib ki, nikotin asılılığının əmələ gətirdiyi xəstəliklərdən əvvəllər rəsmi statistikada göstərildiyindən 20 faiz çox adam dünyasını dəyişir.

Alimlərin fikrincə, döş və prostat vəzisi xərçəngi, hipertoniya kimi xəstəliklər, müxtəlif infeksiyalar da siqaretçəkmədən qaynaqlanan fəsadlardır. Alimlər siqaretçəkmə ilə bu xəstəliklər arasında qarşılıqlı əlaqənin olduğunu sübut etmək və nikotin asılılığının insan sağlamlığına necə ziyan vurduğunu hamıya göstərmək istəyirlər.


4 Dek 2023
Cəmiyyət

Zakir Həsənov Misirdə səfərdədir

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Misir Ərəb Respublikasının müdafiə nazirinin dəvəti ilə "EDEX 2023" sərgisində iştirak etmək üçün bu ölkədə səfərdədir.

4 Dek 2023
Cəmiyyət

Ağalı kəndində yaşıllaşdırma işi həyata keçirilib

Elm və Təhsil Nazirliyi Dendrologiya İnstitutu və Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin təşəbbüsü ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası məqsədilə “Yaşıl həyat” layihəsinin icrası həyata keçirilib.

4 Dek 2023
Cəmiyyət

“Prezident Heydər Əliyev” tankeri təmirdən sonra istismara qaytarılıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Prezident Heydər Əliyev” tankeri təmir olunaraq istismara qaytarılıb.

4 Dek 2023
Cəmiyyət

Azərbaycanda payız əkin mövsümü başlayandan 785 mindən artıq ağac əkilib

Azərbaycanda payız əkin mövsümü başlayandan bu günədək 785 mindən artıq ağac əkilib.

4 Dek 2023
Cəmiyyət

Azərbaycanda qazlaşdırma səviyyəsi açıqlanıb

Bu il iyulun 1-nə Azərbaycanda qazlaşdırma səviyyəsi 96,34 % təşkil edib.