Alimlər artıq çəkinin yaranma səbəbini açıqladılar

Alimlər artıq çəkinin yaranma səbəbini açıqladılar
10 2019 09:28



Qida vərdişlərinin dəyişməsi dünya üzrə iki milyard insanda artıq çəkinin yaranmasına səbəb olub. 

realpress.az xəbər verir ki, bu barədə İqlim Dəyişikliyi üzrə Beynəlxalq qrupun hesabatında məlumat verilib.

Hesabatda əkinçiliyin və ərzaq məhsulları istehsalının da iqlim dəyişikliyinə təsiri haqqında məlumat da yer alıb. Sənəd dünya ölkələrini Yerdə tempraturun 1,5 dərəcədən artıq artmasının qarşısını almağa səsləyir.

“1961-ci ildən günümüzə qədər olan məlumatlara əsasən, bitki yağı və ət məhsullarından istifadə adambaşına istehlakına görə iki dəfə artıb. Qəbul edilən kalori isə üç dəfə artıb. Qida vərdişlərinin dəyişməsi isə iki milyard insanda piylənmə və artıq çəki ilə müşahidə olunur”, - deyə hesabatda bildirilir.

Alimlər qeyd edirlər ki, yerli ərzaq məhsullarının tətbiqi, istifadə olunmayan ərzaq məhsullarının sayının azalması, elektrik enerjisi və su istifadə edilmədən yetişdirilən meyvə-tərəvəz iqlim dəyişikliyinin qarşısını ala bilər. Hesabatın müəllifləri qeyd edirlər ki, istehsal edilən ərzaq məhsullarının 20-30 faizi ya itirilir, ya da atılır. Bu isə əlavə “faydasız” parnik qazlarının ətraf mühitə buraxılması deməkdir.


27 Yan 2020
Dünya

Bill Qeyts koronovirusla mübarizəyə 10 milyon dollar ayırıb

“Microsoft” şirkətinin qurucusu Bill Qeyts koronavirusla mübarizədə Çini dəstəkləyib və təxminən 5 milyon dollar məbləğində yardım edəcək.  

27 Yan 2020
Dünya

Daha bir təyyarə qəzaya uğradı: Göyərtəsində 83 sərnişin olub - YENİLƏNİB + VİDEO

Daha bir təyyarə qəzaya uğradı: Göyərtəsində 83 sərnişin olub - YENİLƏNİB + VİDEO

27 Yan 2020
Dünya

Antarktidanın buzlu sularında üzərək yeni rekorda imza atdı - VİDEO

Antarktidanın buzlu sularında üzərək yeni rekorda imza atdı - VİDEO