Alimlər son yüz ilin vərəmə qarşı ilk vaksinini ixtira ediblər

Alimlər son yüz ilin vərəmə qarşı ilk vaksinini ixtira ediblər
19 2017 14:52

ABŞ bioloqları vərəmə qarşı son əsrin ilk vaksinini yaradıb və onu siçanlar üzərində uğurla test ediblər. Elm adamları yeni ixtiranın vərəm çöplərinə qarşı mübarizədə kömək edəcəyinə əminliklərini ifadə ediblər.

AZƏRTAC “RİA Novosti” saytına istinadla xəbər verir ki, bu istiqamətdə aparılan tədqiqatlarda iştirak edən Yeni Zelandiyanın Palmerston Gopkirka Araşdırma İnstitutunun əməkdaşı Axel Gaiser bildirib: "Biz mikrobu məhv edib, hissələrə bölərək onun tərkibindəki bio-damcıları ayırdıq. Bu damcılar təbii məhsuldur və orqanizmdə asanlıqla çürüyür. Biz bu damcıları siçanların orqanizminə daxil edib immun sisteminin ona qarşı reaksiyasını müşahidə etdik. Tədqiqatın tamamlanması üçün vurulan məhluldan sonra siçanların bu infeksiyaya qarşı reaksiyası müşahidə ediləcək”.

Qeyd edək ki, vərəm bu gün xərçəng və ürək-damar xəstəlikləri ilə yanaşı dünyada ən çox insan ölümünə səbəb olan xəstəliklərdəndir. Hazırda bu infeksiyaya qarşı mübarizədə yalnız fransız alimləri Albert Kalmettom və Kamil Geren tərəfindən 1921-ci ildə hazırlanmış KJB vaksinindən istifadə edilir ki , bu da vərəmə qarşı güclü və etibarlı vasitə sayılmır. Vaksinasiya olunmuş insanın vərəmə yoluxmaq və xəstələnmək ehtimalı qalır. Bir sıra ölkələrdə aparılan tədqiqatlar göstərmişdir ki, KJB vaksinasiyanın effektivliyi 0%-dən 80%-ə qədər dəyişir. Ekspertlər hesab edirlər ki, KJB vaksinasiyanın qoruyucu effekti orta hesabla 10-20 il ərzində saxlanılır və KJB vərəm meningiti və vərəmin yayılmış formalarının rast gəlinmə tezliyini azalmasına kömək etsə də, vərəmin digər formaları ilə xəstələnmə və vərəm residivlərinin inkişafına az təsir göstərir.


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.