Alimlər insan dərisi çap edən “3D” printer yaradıblar

Alimlər insan dərisi çap edən “3D” printer yaradıblar
27 2017 14:12

İspaniyalı alimlər insan dərisi çap edən bioprinter nümayiş etdiriblər.

III Karlos adına Madrid Universiteti, Enerji, Ətraf Mühit və Texnologiyalar üzrə Araşdırma Mərkəzi, həmçinin Qreqorio Maranyon adına  Madrid Universitet hospitalından olan alimlər qrupu bioloji materiallar çap edən “3D” printer düzəldiblər. Araşdırmalara görə, əldə edilmiş dəri tamamilə funksionaldır, tibb və transplantasiyada tətbiq oluna, həmçinin kosmetik məhsul və məişət kimyasının sınaqlarında istifadə edilə bilər.

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, süni insan dərisi biomürəkkəbin köməyi ilə yaradılır. Süni dəri əsl insan dərisinin quruluşunu təkrarlayaraq lay-lay çap olunur.

Çap edilmiş dəri insan dərisində olduğu kimi, epiderma və dermadan ibarətdir, bioloji cəhətdən aktivdir və dəriyə elastiklik verən kollageni özü ifraz edir. Alimlər bildiriblər ki, çap üçün konkret insanın bioloji materialından istifadə edildiyi halda qısa müddətdə transplantasiya üçün yararlı dəri yaratmaq olar.
 
Süni dərinin hazırlanmasında iştirak etmiş “BioDan Group” firması məhsulu bazara çıxarmağı planlaşdırır.

18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.