Alimlər hipertoniyanın kəskinləşmə səbəbini açıqlayıblar

Alimlər hipertoniyanın kəskinləşmə səbəbini açıqlayıblar
11 2017 10:22

Tədqiqatçılar bu nəticəyə gəliblər ki, hipertoniyanın - arterial təzyiqin davamlı yüksəlişinin kəskinləşməsi insanın uşaq vaxtı keçirdiyi stress və bunun nəticəsində beynə qan axınının dəyişməsi ilə əlaqədar ola bilər.

AZƏRTAC “Naked Science” saytına istinadla xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Novosibirsk Sitologiya və Genetika İnstitutunun alimlərinin fikrincə, hipertoniya erkən yaş dövründə baş-beyində sinir fəallığının və qan dövranının dəyişməsi ilə bağlı ola bilər. Bu nəticə iki qrup siçovulun müqayisəli təhlili əsasında əldə edilib. Birinci qrupda olan siçovullar sakit tərzdə böyüdüyü halda, ikinci qrup gəmiricilər erkən yaşda sinir sarsıntısı keçirib. İkinci qrup siçovullarda daha sonra baş-beynin fəallığında “metamorfozlar”, habelə bəzi arteriyalarda qan cərəyanının dəyişməsi müşahidə edilib. Bu heyvanların baş-beynində prefrontal qabıq daha az fəallığı, hipotalamus hissə isə yüksək fəallığı ilə fərqlənib. Alimlər nəzarət qrupunda bu cür dəyişiklik müşahidə etmyiblər.

Tədqiqatçılar güman edirlər ki, əldə edilmiş nəticələr insanlarda hipertoniya vəziyyətində daha effektiv tədbir görməyə imkan verəcək.


13 Dek 2024
Səhiyyə - Sağlamlıq

Qripi özümüzdən uzaq tutaq!

Payızda havaların soyuması ilə bədənin müqaviməti azalır. Orqanizm zəiflədiyi üçün mövsümi xəstəliklərə yoluxma halları da artır.

8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.