Ali Məhkəmə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin həbs etdiyi şəxs haqqında həbs qərarını ləğv edib.
APA-nın xəbərinə görə, bu barədə vəkil Adəm Məmmədov sosial şəbəkədə açıqlama yayıb. Vəkil bildirib ki, hüquqlarını müdafiə etdiyi Mətləb Mustafayev Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah saxlama) maddəsi ilə təqsirləndirilərək, 2015-ci il aprelin 24-də Nəsimi rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvəsində saxlayaraq, şikayəti təmin etməyib.
Müdafiə tərəfinin kassasiya şikayətinə Ali Məhkəməsinin hakimi Gülzar Rzayevanın sədrliyi ilə baxılıb, Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv olunub.
Vəkilin bildirdiyinə görə, Mustafayev Mətləb Nəriman oğlu istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq odlu silah əldə etməkdə təqsirləndirilib. O, 2014-cü ilin sentyabrında MTN əməkdaşları tərəfindən saxlanılıb
Vəkil hesab edir ki, Mustafayev Mətləb Nəriman oğlunun barəsində Bakı Apelyasiya Məhkəməsinin qərarı ləğv edilərək, cinayət işinə bəraətverici əsaslarla xitam verilməlidir.
Qeyd edək ki, M. Mustafayev Əmlak Məsələləri Üzrə Dövlət Komitəsinin əməkdaşı olub. M. Mustafayevin MTN-də 31 il xidmət etmiş qardaşı, polkovnik Malik Mustafayev onun həbsindən bir neçə gün sonra özünü asaraq, intihar edib. MTN-in Antiterror Mərkəzinin sabiq rəisi Elçin Quliyev və onun müavini İlqar Əliyevin (təcridxanada intihar edib) Mətləb Mustafayevdən başqalarının əleyhinə ifadə almağa çalışdıqları bildirilir.
Müdafiə Nazirliyinin dekabrın 9-da keçirilən kollegiya iclasında azad edilmiş ərazilərdə görülən mühəndis tədbirləri barədə məruzələr dinlənilib.
“Miçaunq” qasırğası Hindistanın cənub-şərqində ən az 24 nəfərin həyatına son qoyub.
Dekabrın 9-da müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə 2023-cü ilin yekunlarına dair Müdafiə Nazirliyinin Kollegiya iclası keçirilib.
Dekabrın 10-da Azərbaycan ərazisində gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.
Qəbələ rayonu ərazisində fəaliyyət göstərən 24 nömrəli Şuşa məktəbinə rəhbərlik edən Səbinə Mikayıl qızı Gözəlova işğaldan azad olunmuş şəhərdə birinci tikilib istifadəyə verilən və bu il açılışı olan Şuşa şəhər 1 nömrəli məktəbin direktoru vəzifəsinə təyin olunub.