Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Yeni il şənlikləri və bayram tamaşası uğurla başa çatıb.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hər gün 4 seans olmaqla 10 gün davam edən əyləncə dolu şənliklər yanvarın 4-də yekunlaşıb.
Bayram şənlikləri çərçivəsində balacaların maraqla izlədiyi “Buzlar ölkəsində” nağıl-tamaşa da nümayiş olunub. Müəllifi Anar Sadıqov olan səhnə əsəri gənc rejissor Əlif Cahangirlinin quruluşunda hazırlanıb. Tamaşada Əməkdar artistlər Mehriban Xanlarova, Əlvida Cəfərov, Şəlalə Şahvələdqızı, Sevinc Əliyeva, Elxan Quliyev, aktyorlar Cümşüd Zeynalov, Rəşad Bəxtiyarov, Rada Nəsibova, Xədicə Novruzlu, Ramin Şıxəliyev, Vüsal Mustafayev, Mətləb Abdullayev, Dilarə Nəzərova, İlahə Həsənova, Məhsəti Tahirzadə və Firuzə Balayeva çıxış ediblər.
Şahzadə Qar qızın xilasından bəhs edən səhnə əsəri xeyrin şər üzərində qələbəsi ilə başa çatır.
Təqdim olunan Yeni il şənlikləri və bayram tamaşası böyük maraqla qarşılanıb.
Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.
Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.
Tofiq İbrahim oğlu Mirzəyevə “Xalq artisti” fəxri adı verilib.