Akademik Həsən Əliyevin adına aqromeşə massivi salınacaq

Akademik Həsən Əliyevin adına aqromeşə massivi salınacaq
29 2017 11:00

“Akademik Həsən Əliyevin 110 illik yubileyinin keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamının birinci hissəsinin icrasını təmin etmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2017-ci il 10 mart tarixli əmri ilə təsdiq edilmiş "Tədbirlər Planı"na əsasən il ərzində “Həsən Əliyev və Azərbaycan təbiəti” mövzusunda elmi-praktik konfrans, akademik Həsən Əliyev adına 5 nominasiya üzrə müsabiqə, ali və orta təhsil müəssisələrində “Akademik Həsən Əliyev və ətraf mühitin mühafizəsi” adlı seminar-məşğələlər keçiriləcək.

Nazirlikdən AZƏRTAC-a verilən xəbərə görə, alimin əziz xatirəsinin əbədiləşdirilməsi istiqamətində həyata keçirilən mühüm tədbirlər sırasında “Akademik Həsən Əliyev adına aqromeşə massivi”nin salınması da nəzərdə tutulur.

Qeyd edək ki, “Akademik Həsən Əliyevin 110 illik yubileyinin keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidenti tərəfindən fevralın 7-də sərəncam imzalanıb və bu, ölkə rəhbərliyinin Azərbaycanda ekologiya elminin inkişafına sanballı töhfələr vermiş böyük alimin elm və ictimai həyatına verdiyi yüksək qiymətin əyani ifadəsi kimi qiymətləndirilir.

Xatırladaq ki, görkəmli torpaqşünas alim, ictimai-siyasi xadim, kənd təsərrüfatı elmləri doktoru, professor, Azərbaycan SSR Elmlər Akademiyasının akademiki, Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi, Azərbaycan Dövlət Mükafatı laureatı Həsən Əlirza oğlu Əliyev 1907-ci il dekabrın 15-də anadan olub. Görkəmli alimin Azərbaycan təbiətinin, torpağının və suyunun mühafızəsi sahəsində xidmətləri əvəzsizdir.


9 Dek 2023
Cəmiyyət

Müdafiə Nazirliyi: "Növbəti ildə azad edilmiş ərazilərin minalardan təmizlənməsi davam edəcək"

Müdafiə Nazirliyinin dekabrın 9-da keçirilən kollegiya iclasında azad edilmiş ərazilərdə görülən mühəndis tədbirləri barədə məruzələr dinlənilib.

9 Dek 2023
Cəmiyyət

Hindistanda güclü qasırğa 24 nəfərin ölümünə səbəb oldu

“Miçaunq” qasırğası Hindistanın cənub-şərqində ən az 24 nəfərin həyatına son qoyub.

9 Dek 2023
Cəmiyyət

Zakir Həsənovdan mühüm tapşırıq

Dekabrın 9-da müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə 2023-cü ilin yekunlarına dair Müdafiə Nazirliyinin Kollegiya iclası keçirilib.

9 Dek 2023
Cəmiyyət

İstirahət gününün HAVA PROQNOZU - Evdən çıxarkən çətirləri unutmayın

Dekabrın 10-da Azərbaycan ərazisində gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

9 Dek 2023
Cəmiyyət

Şəhid qızı Şuşada məktəbə direktor təyin edildi

Qəbələ rayonu ərazisində fəaliyyət göstərən 24 nömrəli Şuşa məktəbinə rəhbərlik edən Səbinə Mikayıl qızı Gözəlova işğaldan azad olunmuş şəhərdə birinci tikilib istifadəyə verilən və bu il açılışı olan Şuşa şəhər 1 nömrəli məktəbin direktoru vəzifəsinə təyin olunub.