Ağsu rayonunda payızlıq taxıl səpini başa çatıb.
Rayon statistika idarəsindən AZƏRTAC-a bildirilib ki, cari payızda bölgədə 33 min 925 hektar sahədə taxıl əkilib. Əkin sahələrinin 18 min 156 hektarı buğda, 15 min 769 hektarı isə arpadır. Builki mövsümdə buğda əkini sahələri xeyli artırılıb.
Rayonun Gəgəli, Kəndoba, Ərəbuşağı, Qaraqoyunlu, Ərəbsarvan və bir sıra digər ərazi vahidlərində fermerlər və fiziki şəxslər daha çox sahələrdə səpin aparıblar.
Erkən taxıl əkilən sahələrdə vəziyyət normaldır. Hazırda gəmiricilərə qarşı mübarizə tədbirləri görülür.
“Sabah” klubu futbolçusu Boyan Letiçlə müqavilənin müddətini uzadıb.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri olan Füzuli-Hadrut avtomobil yolunun tikintisi sürətlə davam etdirilir.
Bu ilin yanvar-aprel aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində 107 552 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb.