Beynəlxalq araşdırmalara görə, bizim fərdi xüsusiyyətlərimiz beynin müxtəlif hissələrinin qalınlığı və həcminin fərqli olması ilə əlaqədardır.
AZƏRTAC “bbc.com” saytına istinadla xəbər verir ki, İngiltərə, ABŞ və İtaliya tədqiqatçıları 500 gənc və sağlam könüllü üzərində araşdırma aparıblar. Könüllülər 5 fərdi xüsusiyyəti qiymətləndirmək üçün hazırlanan anketləri doldurublar: nevrotizm (pis əhval ruhiyyəlilik), ekstraversiya (həvəslilik), açıqlıq (açıq fikirlilik), xoşluq (ixtilafsızlıq) və vicdanlılıq. Nəticədə müxtəlif xüsusiyyətlərin beynin xarici təbəqəsinin qalınlığı və ümumi həcmindəki fərqlərlə bağlı olduğu aşkarlanıb. Belə ki, beyni daha qalın və daha az büzüşmüş xarici təbəqələrə sahib olanlar daha nevrotik tendensiyalar göstəriblər. Açıq fikirli insanların beyin qatlarının daha incə olması üzə çıxıb.
Alimlər nəticələrin doğruluğunu yoxlamaq üçün daha çox araşdırmaya ehtiyac olduğunu bildiriblər. Bu tədqiqatlar vasitəsilə gələcəkdə əqli sağlamlıq haqqında daha dolğun məlumat əldə etməyin mümkün olduğunu qeyd ediblər
Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.
Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.
İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.
24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.
Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.