Abel Məhərrəmovun oğlu Ollandla görüşüb – FOTO

Abel Məhərrəmovun oğlu Ollandla görüşüb – FOTO
07 2017 12:02

Azərbaycan Respublikasının İspaniya Krallığındakı, eyni zamanda Andorra Knyazlığındakı səfiri Anar Məhərrəmov etimadnaməsini Fransa Respublikasının prezidenti, eyni zamanda Andorra Knyazlığının həmşahzadəsi Fransua Ollanda təqdim etmək üçün Yelisey Sarayında təşkil olunmuş xüsusi mərasimdə iştirak edib.

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, mərasimdən sonra Anar Məhərrəmov etimadnaməsini Fransua Ollanda təqdim edib.

Sonra keçirilən qısa görüşdə səfir A.Məhərrəmov onun etimadnaməsini qəbul etdiyinə görə, Fransua Ollanda təşəkkürünü bildirib, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səmimi salamlarını və xoş arzularını ona çatdırıb.

Fransanın Prezidenti, eyni zamanda Andorranın həmşahzadəsi Fransua Olland səfir A.Məhərrəmovu bu vəzifəyə təyin olunması münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Azərbaycan Prezidenti İlham Əliyevə salamlarına görə, təşəkkürünü bildirən Fransua Olland onun da səmimi salamlarının dövlətimizin başçısına çatdırılmasını xahiş edib.

Görüşdə Andorra Knyazlığının xarici işlər naziri Gilbert Saboya Sunye də iştirak edib.

Xatırladaq ki, səfir Anar Məhərrəmov Bakı Dövlət Universitinin (BDU) rektoru Abel Məhərrəmovun oğludur.

 


 


4 Dek 2023
Siyasət

Azərbaycanda tikinti materiallarının istehsalına 60 min manat güzəştli kredit verilib - FOTO

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu “Baku Stone Factory” MMC-yə tikinti materiallarının istehsalı layihəsi üçün 60 min manat güzəştli kredit ayırıb.

4 Dek 2023
Siyasət

Prezident İlham Əliyev Malayziyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib - YENİLƏNİB + FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 4-də Malayziyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ahmad Kamrizamil Bin Mohd Rzanın etimadnaməsini qəbul edib.

4 Dek 2023
Siyasət

Ərdoğanın müavini Azərbaycanda səfərdədir

Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin xarici əlaqələr üzrə müavini, İstanbul millət vəkili Zəfər Sırakayanın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda səfərdədir.

4 Dek 2023
Siyasət

Prezident İlham Əliyev Malayziyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 4-də Bakıda Malayziyanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ahmad Kamrizamil Bin Mohd Rzanın etimadnaməsini qəbul edib.

4 Dek 2023
Siyasət

Sabahın hava proqnozu açıqlanıb

Dekabrın 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.