AMEA-nın ictimai-siyasi həyatında gənc alimlərin böyük rolu var

AMEA-nın ictimai-siyasi həyatında gənc alimlərin böyük rolu var
03 2017 11:00

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda bu elm müəssisəsinin Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) 2 fevral – Gənclər Gününə həsr olunan iclası keçirilib.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, tədbirdə elmi katib, filologiya üzrə fəlsəfə doktoru Əzizağa Nəcəfov ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 2 fevral tarixinin Gənclər Günü kimi qeyd edildiyini söyləyib. Gənc nəslə göstərilən yüksək dövlət qayğısından danışan Ə.Nəcəfov vurğulayıb ki, gənc alimlər elmi tədqiqatlara qoşulmaqla AMEA-nın ictimai-siyasi həyatında böyük rol oynayırlar.

Sonra GAMŞ-in sədri, filologiya üzrə fəlsəfə doktoru Nailə Mustafayeva rəhbərlik etdiyi qurumun ötən ildəki fəaliyyəti barədə məlumat verib.

Əlyazmalar İnstitutunun təhsil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə AMEA-da yeni elmi nəslin yetişməsi, gənclərin inkişafı istiqamətində görülən işlərdən söz açıb. Gənclərin Azərbaycanın inkişafında böyük rol oynadıqlarını deyən K.Məmmədzadə bildirib ki, ötən il institutda təhsilin magistratura pilləsi üzrə ilk dəfə qəbul həyata keçirilib.

İnstitutun direktoru, akademik Teymur Kərimli və başqaları gənc alim və mütəxəssisləri təbrik edib, uğurlar arzulayıblar.


18 Apr 2024
Cəmiyyət

Naxçıvanda təhsil ilə bağlı YENİLİKLƏR

“Bu ilin iyun ayında Naxçıvan Muxtar Respublikasında da ilk dəfə təhsilverənlərin sertifikatlaşdırma imtahanı keçiriləcək”.

18 Apr 2024
Cəmiyyət

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Azərbaycan ərazisində aprelin 19-na gözlənilən hava proqnozu açıqlanıb.

18 Apr 2024
Cəmiyyət

Leyla Əliyeva və Arzu Əliyeva SƏNƏT Uşaq Musiqi və İncəsənət Mərkəzində olublar - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva SƏNƏT Uşaq Musiqi və İncəsənət Mərkəzində olublar. 

18 Apr 2024
Cəmiyyət

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür

Hər il aprelin 18-də dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.

18 Apr 2024
Cəmiyyət

Naxçıvanın su ehtiyatlarının həcmi açıqlanıb

Naxçıvan Muxtar Respublikasının mövcud anbarlarında bu ilin yanvar-mart ayları ərzində su ehtiyatının toplanılması işləri davam etdirilib və mart ayının sonuna sututarlara 156,35 milyon kubmetr su ehtiyatı toplanıb.