ATƏT-in Daimi Şurasının martın 2-də keçirilmiş iclasında Avropa İttifaqı Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş qanunsuz referendum ilə əlaqədar bəyanatla çıxış edib.
Trend-in məlumatına görə, bəyanatda deyilir: "Avropa İttifaqı 20 fevral tarixində Dağlıq Qarabağda keçirilmiş “konstitusiya referendumu”nu tanımır. Avropa İttifaqı həmçinin bu “referendum”un keçirildiyi hüquqi və konstitusion çərçivələri tanımır. “Referendum”un nəticələri Dağlıq Qarabağın statusuna və danışıqlar prosesinə heç bir halda təsir edə bilməz. Aİ münaqişənin sülh yolu ilə həll edilməsi üçün ATƏT-in Minsk Qrupunun həmsədrlərinin səylərinə dəstəyini bir daha ifadə edir".
Mayın 18-də Bakıda Heydər Əliyev Mərkəzində Azərbaycan-Litva biznes forumu keçirilib.
Bu gün Bakı Ekspo Mərkəzində 15-ci yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı (Caspian Agro 2022) və 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi (InterFood Azerbaijan) sərgiləri işə başlayıb.
Mayın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə geniş tərkibdə görüşü olub.