ADU-da İctimai Nəzarət Şurası yaradılıb

ADU-da İctimai Nəzarət Şurası yaradılıb
05 2017 10:55

Azərbaycan Dillər Universitetinin (ADU) Elmi Şurasının 28 dekabr 2016-cı il tarixli qərarına əsasən universitetdə 13 nəfərdən ibarət İctimai Nəzarət Şurası yaradılıb. Qeyd edək ki, ali təhsil müəssisəsində ictimai iştirakçılığın daha da gücləndirilməsi, şəffaflığın artırılması, universitetlə ictimaiyyət arasında qarşılıqlı əlaqələrin səmərəli təşkili məqsədilə yaradılan Şurada qeyri-hökumət təşkilatları və media nümayəndələri, eləcə də təhsil sahəsi üzrə ekspertlər təmsil olunur.

Bu barədə Trend-ə ADU-nun İnformasiya Departamentindən məlumat verilib.

ADU-nun rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev Şura üzvləri ilə görüş keçirib. Görüş zamanı təşkilati məsələlərə baxılıb. “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev İctimai Nəzarət Şurasının sədri, təhsil eksperti Nadir İsrafilov sədr müavini, modern.az saytının rəhbəri Elşad Eyvazlı isə Şuranın katibi seçilib.

Universitetdə aparılan islahatlar və tədris prosesinin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışan Ə.Abdullayev bu istiqamətdə bir sıra vacib qərarların qəbul olunduğunu, mühüm yeniliklərin tətbiq edildiyini diqqətə çatdırıb. ADU-nun bütün kurslarında təhsil alan tələbələrlə, həmçinin professor-müəllim heyəti ilə çoxsaylı görüşlər keçirdiyini deyən Ə.Abdullayev bu görüşlərin qarşılıqlı müzakirə şəraitində keçdiyini, bir sıra maraqlı təkliflərin irəli sürüldüyünü qeyd edib.

Ə.Abdullayev bildirib ki, İctimai Nəzarət Şurasının öz işini səmərəli təşkil etməsi üçün universitetin əsas binasında xüsusi otaq ayrılıb. O, Şura üzvlərinin imtahan sessiyasının gedişini izləməsi üçün hər cür şərait yaradılacağını vurğulayıb.

İctimai Nəzarət Şurasının yaradılmasını yüksək qiymətləndirən Ə.Abdullayev universitetdə ədalətlilik prinsipinin qorunacağını vurğulayıb və bu istiqamətdə birgə əməkdaşlıqdan səmərəli nəticələr əldə olunacağına inandığını söyləyib.

Görüş zamanı tələbələr arasında sorğular keçirilməsi, imtahan sessiyasının gedişində “qaynar xətt”in fəaliyyəti və digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Müzakirələrin sonunda İctimai Nəzarət Şurasının fəaliyyət planının hazırlanması ilə bağlı İşçi qrupunun yaradılması barədə qərar qəbul edilib.


8 İyun 2023
Cəmiyyət

Fərid Qayıbov EOC prezidenti ilə görüşüb

Gənclər və idman naziri Fərid Qayıbov Avropa Olimpiya Komitələrinin (EOC) prezidenti Spiros Kapralosu və təşkilatın İcraiyyə Komitəsinin üzvü Hasan Aratı qəbul edib.

8 İyun 2023
Cəmiyyət

Magistraturaya qəbul imtahanının II cəhdi keçiriləcək

Dövlət İmtahan Mərkəzi tərəfindən 11 iyun 2023-cü il tarixində ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanı (II cəhd) keçiriləcək.

8 İyun 2023
Cəmiyyət

Ölkədə COVID-19 əleyhinə peyvənd olunanların sayı AÇIQLANDI - FOTO

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 62 vaksin vurulub.

8 İyun 2023
Cəmiyyət

Azərbaycanda daha 4 nəfər COVID-19-a yoluxub, 1 nəfər vəfat edib - FOTO

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 yeni yoluxma faktı qeydə alınıb, 13 nəfər müalicə olunaraq sağalıb.

8 İyun 2023
Cəmiyyət

Sultan Hacıyev etimadnaməsini Keniya Prezidentinə təqdim edib - FOTO

Azərbaycan Respublikasının Keniya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Sultan Hacıyev etimadnaməsini bu ölkənin Prezidenti Uilyam Rutoya təqdim edib.