ABŞ-ın tədqiqatçıları süni intellekt sistemləri üçün yeni model hazırlayıblar

ABŞ-ın tədqiqatçıları süni intellekt sistemləri üçün yeni model hazırlayıblar
30 2017 12:22

ABŞ-ın Şimal-Qərb Universitetinin tədqiqatçılar qrupu süni intellekt sistemləri üçün orta insan səviyyəsini üstələyən yeni model hazırlayıblar. Bu model daha mürəkkəb sistemlərin yaradılması istiqamətində əhəmiyyətli addımdır.

AZƏRTAC dailytech.info saytına istinadla xəbər verir ki, yeni hesablama modeli Ken Forbus laboratoriyasının mütəxəssisləri tərəfindən hazırlanmış “CogSketch” süni intellekt sistemləri platformasına əsaslanıb. Bu platforma sadə eskizlər şəklində təqdim edilmiş vizual informasiyanı belə real əşya və hadisələrlə əlaqələndirməklə tanımaq qabiliyyətinə malikdir.

K.Forbus deyib: “Yeni süni intellekt sistemlərinin əksəriyyəti bizi əhatə edən aləmi tanıma və onu identifikasiya etməyə istiqamətlənib. Lakin tanıma və identifikasiya obyektlər əsaslandırıldıqda daha faydalıdır”. Buna görə də, süni intellekt sistemlərinin növbəti nəsli gördükləri barədə fikir irəli sürmək imkanına malik olmalıdır. Yalnız o zaman süni intellekt ən yüksək intellekt səviyyəsinə malik insanları geridə qoya biləcək.


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.