ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsinin 0,25 faiz artırılması barədə qərar qəbul edib.
AZƏRTAC TASS agentliyinə istinadla bildirir ki, FED uçot dərəcəsini 0,5 faizdən 0,75 faizə qaldırıb.
Qeyd edək ki, sonuncu dəfə FED uçot dərəcəsini ötən il artırmışdı. 2015-ci ilin dekabrında tənzimləyici uçot dərəcəsinin baza faiz dərəcəsinin illik 0-0,25 faiz artırılması barədə qərar qəbul edilmişdi. Bundan sonra keçirilən iclaslarda uçot dərəcəsi dəyişdirilməmişdi.
Ümumiyyətlə 2008-ci ildən indiyədək FED uçot dərəcəsini yalnız bir dəfə qaldırmışdı.
2021-ci il ərzində Azərbaycanın ixracı 22,2 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 2,7 mlrd. ABŞ dolları təşkil edib.
2021-ci ildə Azərbaycanın qiymətli kağızlar bazarında 16 879,3 milyon manatlıq əməliyyat aparılıb.