ABŞ hərbi təyinatlı 3D texnologiyası əsasında hazırlanan yeni dörd pərli pilotsuz uçuş aparatının (PUA) testlərini keçirib.
“AzeriDefence”nin məlumatına görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin yaydığı hesabatda bildirilib.
3D texnologiyası əsasında istehsal olunan PUA əməliyyatlarda istifadə olunacaq.
Hazırda PUA üzərində hərbiçilərin tələblərinə uyğun yenilənmə işləri həyata keçirilir. Proqram yüklənməsindən sonra, 24 saat ərzində xidmət göstərə biləcək mini dron ABŞ Ordusuna təhvil veriləcək.
Bundan başqa ABŞ-da 3D texnologiyası əsasında “Perdix” versiyalı daha bir mikro dronun testlərinə də başlanılıb.
300 qram çəkisi olan “Perdix”in Kaliforniya ştatında “Çayna-Leyk” poliqonunda keçirilən testləri uğurla nəticələnib.
“Perdix” mikrodrone proqramının yaradılması, sınaqdan keçirilməsi və istehsalı ən azı 3,8 milyard dollar dəyərində qiymətləndirilir.
Rusiyalı mütəxəssislər isə amerikalıların bu səpkili işlərini boş yerə vəsait sərf etmək kimi dəyərləndiriblər. Onların fikrincə, 3,8 milyard dolların belə layihələrə xərclənməsi rentabelli deyil.
Əməliyyat (Komando) hərbi hissələrində müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan vətəndaşların qəbuluna başlanılır.
2022-ci il döyüş hazırlığı planına uyğun olaraq, mexanikləşdirilmiş və tank bölmələrinin heyətləri ilə sürücülük və atəş hazırlığı üzrə praktiki çalışmalar yerinə yetirilib.
“Caliber” layihəsinin növbəti buraxılışı yayımlanıb.