ABŞ-dan Azərbaycana fantastik sərmayə - Prezident

ABŞ-dan Azərbaycana fantastik sərmayə - Prezident
02 2017 14:09

Azərbaycanla Amerika Birləşmiş Ştatlarını sıx dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. İqtisadiyyatın bir çox sahələrində, xüsusilə enerji təhlükəsizliyinin təmin edilməsi, resurs mənbələrinin şaxələndirilməsi istiqamətində əməkdaşlığımız uğurla davam edir. 1995-ci ildən fəaliyyət göstərən Amerika-Azərbaycan Ticarət Palatası bu proseslərin iştirakçısı olub. Mən də Ticarət Palatasının Himayədarlar Şurasının üzvü olaraq göstərdiyiniz səyləri dəstəkləyir və yüksək qiymətləndirirəm.

Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyevin ABŞ-Azərbaycan Ticarət Palatasının (AATP) keçirdiyi ikitərəfli iqtisadi əlaqələrə və diplomatik münasibətlərin 25 illiyinə həsr olunmuş konfransın iştirakçılarına ünvanladığı müraciətdə deyilir.

“ABŞ-Azərbaycan diplomatik və işgüzar əlaqələrinin qurulmasının 25 illiyi münasibətilə Amerika-Azərbaycan Ticarət Palatası tərəfindən təşkil olunan illik konfransı mühüm hadisə hesab edirəm. İnanıram ki, Amerika-Azərbaycan Ticarət Palatası Azərbaycan və ABŞ arasında əməkdaşlıq əlaqələrinin daha da inkişafına bundan sonra da öz töhfəsini verəcək. Yaradılmış əlverişli biznes mühitinin nəticəsidir ki, ABŞ şirkətləri tərəfindən ötən dövr ərzində Azərbaycan iqtisadiyyatına 10 milyard dollardan artıq, ümumilikdə isə 200 milyard dollaradək investisiya yatırılıb. Görülən işlərin nəticəsidir ki, “Doing Business” hesabatına görə Azərbaycan biznesə başlamaq üçün dünyada ən yaxşı şərtlər təklif edən ilk 5 ölkədən biridir. Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə Azərbaycan iqtisadiyyatın rəqabət qabiliyyətliliyinə görə 37-ci yerdə, MDB məkanında isə birinci yerdədir. Bu il Davos İqtisadi Forumu inkişaf edən ölkələrin inkişafı barədə hesabat dərc edib. Bu göstərici üzrə Azərbaycan birinci və ikinci yerləri bölüşür. Bu illər ərzində Azərbaycan öz tərəfdaşları ilə birgə Birləşmiş Ştatların tam dəstəyi ilə Bakı-Tiflis-Ceyhan neft və Bakı-Tiflis-Ərzurum qaz kəmərləri kimi mühüm geostrateji layihələri həyata keçirib. Hazırda biz Avropanın enerji təhlükəsizliyini əhəmiyyətli dərəcədə gücləndirəcək Cənub Qaz Dəhlizi çərçivəsində yaxından əməkdaşlıq edirik. Əminəm ki, gələcəkdə də Amerika-Azərbaycan Ticarət Palatası ABŞ və Azərbaycan arasında əlaqələrin inkişafında öz mühüm rolunu uğurla oynayacaq. Bu işdə Palataya yeni uğurlar arzulayıram”, - deyə dövlət başçısının müraciətində bildirilir.


13 Dek 2024
Siyasət

Xarkovda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Ukraynanın Xarkov şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.

13 Dek 2024
Siyasət

Heydər Əliyev Fondu "Afrika ölkələrində təhsil və mədəniyyətin inkişafı" layihəsini həyata keçirir

Heydər Əliyev Fondunun "Afrika ölkələrində təhsil və mədəniyyətin inkişafı" layihəsi çərçivəsində Ruandaya səfər edən Fondun vitse-prezidenti Leyla Əliyeva paytaxt Kiqali şəhərinin yaxınlığında yerləşən məktəbdə olub.

13 Dek 2024
Siyasət

Xocalının Ballıca kəndinə köç edən sakinlərə mənzillərinin açarları təqdim edilib

Xocalının Ballıca kəndinə yola salınan köç karvanı kəndə çatıb, yeni ailələrə mənzillərin açarları təqdim edilib.

13 Dek 2024
Siyasət

Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun komandanı Türkiyəyə səfər edib

Naxçıvan Əlahiddə Ümumqoşun Ordu komandanı general-mayor Kənan Seyidov Türkiyənin Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlunun dəvəti ilə Ankaraya səfər edib.

13 Dek 2024
Siyasət

Leyla Əliyeva Ruanda Prezidenti ilə görüşüb

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva dekabrın 13-də Kiqali şəhərində Ruanda Respublikasının Prezidenti Pol Kaqame ilə görüşüb.