Sosial şəbəkələrdə paylaşılan yeni video izləyicilər arasında marağa səbəb olub.
Oxu.Az xəbər verir ki, ABŞ-da yaşayan azərbaycanlı amerikalı gənclərin müşayiəti ilə “Sənə də qalmaz” adlı Azərbaycan mahnısını səsləndirib.
Sözügedən mahnının musiqisi Tofiq Quliyev tərəfindən 1960-cı illərdə yazılıb, sözləri Rəsul Rzaya məxsusdur. Mahnını ilk dəfə Rəşid Behbudov ifa edib. Həmin bəstə sonrakı illərdə Müslüm Maqomayev, Şövkət Ələkbərova, Lütfiyar İmanov, Rauf Atakişiyev, Faiq Ağayev, Azərbaycan əsilli İran müğənnisi Sami Yusuf, türkiyəli ifaçı Rafet El Roman və bir çox populyar müğənnilər tərəfindən səsləndirilib.
İndoneziyanın Sumatra adasında Sinabunq vulkanı bir neçə kilometr hündürlüyə kül püskürüb. Sosial şəbəkələrdə bununla bağlı çoxsaylı görüntülər paylaşılıb.
Böyük Britaniyanın London, Birmingem, Bristol və digər şəhərlərinin sakinləri səmada meteorun düşmə anını müşahidə ediblər.
Amerika kosmik agentliyi NASA hər kəsi xüsusi bir virtual fotostenddə Mars mənzərələri fonunda şəkil çəkdirməyə dəvət edir.